Qurmanların çox sevdiyi tərəvəz
Tarix: 26.09.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər
Bamya daha çox isti ölkələrdə becərilən ekzotik tərəvəz bitkisidir. Tarixçilərin dediyinə görə, Misir şahzadəsi Kleopatra gözəlliyini qorumaq üçün qidalanma zamanı digər tərəvəzlərlə yanaşı bamyadan da istifadə edib. Qombo, okra və qadın barmaqları adi ilə məşhur olan tərəvəzin vətəni Nil çayının şimal sahilləri və yaxın Şərq hesab olunur. Bamya məkkəgülü, pambıq və kakaonun ən yaxın qohumudur.
AZƏRTAC xəbər verir ki, Birinci Dünya müharibəsi illərində qəhvə ehtiyatlarının tükənməsi Asiya və Afrika ölkələri əhalisini bamya toxumlarından isti içki hazırlamağa məcbur edib. Həmin vaxtdan "bamya qızdırması" dövrü başlanılıb və yerli bazarlarda ilin hər fəslində satılan tərəvəzə çevrilib. İndi onu Amerikadan Avstraliyaya qədər bütün qurmanlar tanıyır.
Vegeterianların sevimli yeməyi olan bamya zülal və sellüloza deposu hesab edilir. Tərkibində çoxlu selik olduğuna görə ondan hazırlanan yeməklərə mütləq sirkə, limon suyu və ya pomidor kimi turş tərəvəzlər əlavə edilir. Bamyadan hazırlanan xörəklərin çuqun və ya mis qazanda bişirilməsi kimyəvi reaksiyaya və tərəvəzin rənginin qaralmasına səbəb olur və xörəyin görünüşünü əsaslı şəkildə korlayır. Dölün formalaşmasında əvəzsiz rola malik fol turşusu ilə zəngin olduğuna görə hamiləliyin ilk 12 həftəsində yeyilməsi çox faydalıdır. Bamyanın hər 100 qramının enerji dəyəri cəmi 49 kaloridir və həmin xüsusiyyətinə görə pəhriz tərəvəzi sayılır.
Təzə bamya parlaq yaşıl rəngdə, 5-8 santimetr uzunluğunda olur, üzərində kif və qurumuş hissələrə təsadüf edilmir. Vaxtından gec toplanan həmin tərəvəz uzanır, qartlaşır və zərif dadını itirir. Təzə bamyanı soyuducuda polietilen torba içərisində cəmi 2-3 gün saxlamaq mümkündür.
Bamyadan kosmetik məqsədlərlə də istifadə etmək olar. Saçların dibini möhkəmlətmək, təbii parlaqlığını bərpa etmək üçün bamya meyvələri doğranır, suda bişirilir, soyuyandan sonra alınan selikli bişirməyə bir neçə damcı limon şirəsi əlavə edilir və saç balzamı əvəzinə istifadə olunur.
Kosmetik kremə bamya ekstraktı əlavə olunaraq istifadə edilməsi dərini hamarlaşdırır və sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq
11.12.2017
Sabun allergiyası nədir?
11.12.2017
“Facebook“dan daha bir yenilik
08.12.2017
Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için
07.12.2017
Yeni neyroşəbəkə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info