Nümayəndə heyətimiz İnterpolun Baş Assambleyasının sessiyasında iştirak edir
Tarix: 26.09.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər
Pekində Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol) Baş Assambleyasının 86-cı sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Ümumilikdə 158 ölkə təmsilçilərinin qatıldıqları sessiyanın rəsmi açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dünyada cinayətkarlığa qarşı mübarizədə və təhlükəsizlik sahəsində əməkdaşlıqda İnterpolun vacib rolundan danışıb.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində müzakirələrdə iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, təşkilatın ali orqanı olan Baş Assambleyanın ildə bir dəfə keçirilən sessiyalarında qurumun fəaliyyəti ilə bağlı ən mühüm qərarlar qəbul edilir, İcraiyyə Komitəsinin tərkibi seçilir, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılır. Mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşən İnterpol üzv ölkələrin sayına görə (190) BMT-dən sonra ən böyük təşkilatdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Prezident: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz“
20.10.2017
Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib
20.10.2017
“Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur”
19.10.2017
Avropa Parlamentinin sədri: “Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq“
19.10.2017
DİN inspektor-tərcüməçi və həkim vəzifələrinə işçi axtarır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info