ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək
Tarix: 26.09.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər
ABŞ Ticarət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi ABŞ ticarət missiyasının oktyabrın 16-dan 18-dək ölkəmizə səfəri gözlənilir.
AZƏRTAC xəbər verir ki, missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi, ticarət və işgüzar əlaqələrin inkişafına töhfə vermək, habelə yeni əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən Azərbaycanda investisiya yatırımları imkanlarının təşviqidir. ABŞ Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiya şirkət və heyət üzvlərinin sayına görə indiyədək reallaşan missiyalar arasında ən böyüyü hesab edilir. Onun tərkibinə müxtəlif sahələrdə, o cümlədən kosmik sənaye, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar, telekommunikasiya, maliyyə və bankçılıq, kommunal xidmətlər, tikinti, təmir və mühəndislik, yol və körpülərin salınması, ətraf mühit, nəqliyyat və logistika, kənd təsərrüfatı texnika və texnologiyaları, suvarma, qida sənayesi, dəmir yolu və digər nəqliyyat vasitələri məhsul və xidmətləri üzrə ixtisaslaşmış ABŞ və dünyanın tanınmış korporasiyaları qatılıb. Ümumilikdə 30-dək heyətdən ibarət missiyaya “Acrow Bridge”, “Altec Worldwide”, “Amsted Rail”, “Argus Limited”, “AVIS”, “Baron”, “DTN”, “Geophysical Survey Systems”, “Greenbrier”, “Lindsay Corporation”, “Lockheed Martin”, “Miyamoto International”, “MWH Global”, “Nelson & Pade”, “Obie Technologies”, “Overseas Private Investment Corporation”, “Tutti-Frutti Licensor”, “US Commercial Service”, “USACC”, “VISA” kimi şirkət və təşkilatlar daxildir.
Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır. Ümumilikdə, səfər zamanı 120-dən çox işgüzar görüşün təşkili gözlənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Yeni modeldə qəbul imtahanlarında bal neçə olacaq
20.10.2017
“Gil məmulatlarına tələbat artıb”
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edilib
20.10.2017
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb
20.10.2017
Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə vaxt başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info