Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa“ keçirilib
Tarix: 26.09.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə "Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda "dəyirmi masa" təşkil edib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov "Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşdırılması: proses və nəticə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, qısa zaman ərzində uğurla inkişaf etdirilən innovativ, çox zaman unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində Azərbaycan dünya liderləri sırasındadır. Dövlət İdarəçilik Akademiyasında bakalavr, magistr və doktorantlarla yanaşı, 2 minə yaxın dövlət qulluqçusunun hazırlanması həyata keçirilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, yenidənqurma və quruculuq işlərinin ciddi nəticələr verdiyini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında islahatlar bəhrəsini verməkdədir. “İslahatların bu il ən böyük uğurları kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər”, - deyə V.Qasımlı bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Beşinci və yeddinci siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb
21.06.2018
Ziyalı ömrünün akkordları
21.06.2018
700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
21.06.2018
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018
Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info