Sabah muzeylərə giriş pulsuz olacaq
Tarix: 26.09.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər
27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.
Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, 27 sentyabr həm də Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub.
Sabah Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.02.2018
“Toxunma” filmi Berlin kino festivalının əsas mükafatını qazanıb
23.02.2018
Bakıda İran kinosu günlərinin açılışı olub
23.02.2018
Daşkənddə “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib
22.02.2018
Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək
22.02.2018
Oqtay Mirqasımov ustad dərsləri keçəcək

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8490

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 “İnfeksion xəstəliklər qarşısı daha asanlıqla alınan və müalicə olunandır, amma ...”
4 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info