“Azərbaycanlıların öz tarixinə hörmətlə yanaşmaları çox xoşumuza gəlir”
Tarix: 26.09.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, muzeylər, həmçinin yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
AZƏRTAC xəbər verir ki, ilin bütün fəsillərində turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidə var. Ərazini gəzən turistlər “Sənətkarlar evi”nə baş çəkməyi də unutmurlar. Burada Şəki sənətkarlarının əl işləri ilə tanış olur, onlarla söhbətləşir, alış-veriş edirlər. Xarici turistlər tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadənin əl işlərinə xüsusilə böyük maraq göstərirlər. Onların dediyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyil.
Nadir Ghanim Bəhreyn Krallığından Azərbaycana qonaq gəlib. İxtisasca jurnalistdir. Onunla Hüseyn ustanın emalatxanasında rastlaşırıq. Ustanın əl işlərinə böyük heyranlıqla tamaşa edən Nadir AZƏRTAC-a müsahibəsində Azərbaycanda ilk dəfə olduğunu, Bakı şəhərində bir gün qaldıqdan sonra birbaşa Şəkiyə gəldiyini bildirib. Bəhreynli qonaq deyib: “Azərbaycanda turizmin çox böyük gələcəyi var. Ölkəniz çox gözəldir, Bəhreynə bənzəyir, özümü evimdəki kimi hiss edirəm. Ən əsası odur ki, Azərbaycan təhlükəsiz ölkədir. Burada özümüzü qərib hiss etmirik, rahat gəzib dolaşırıq. Hamı bizə isti münasibət göstərir. İnsanların öz tarixinə hörmətlə yanaşmaları, qoruyub saxlamaları çox xoşumuza gəlir”.
Şəki xanlarının sarayı ilə tanışlığın onda böyük təəssürat yaratdığını vurğulayan qonaq şəbəkəyə ilk dəfə yaxından tamaşa etdiyini, çox möhtəşəm sənət nümunəsi olduğunu bildirib.
Azərbaycan mətbəxinin də çox dadlı və ləziz olduğunu bildirən bəhreynli qonaq deyib: “Yeməkləriniz çox ləzzətlidir. Qiymətlər də münasibdir, ölkəmdəki qiymətlərdən 5-10 dəfə ucuzdur. Bəhreyndə yeməklərin 95 faizi xaricdən gətirilir. Burada isə hər şey təbiidir”.
Qonaq bildirib ki, Azərbaycanı xaricdə daha çox tanıtdırmaq lazımdır. Xüsusilə Körfəz ölkələrindən gəlmək istəyən çox olacaq. “Düşünürəm ki, bura yenə gələcəm, dostlarımı da dəvət edəcəm. Azərbaycana gəlmək bizim üçün sərfəlidir. Ona görə də bura 8-10 nəfərlik ailə üzvlərimizlə gəlmişik. Təəssüratımız isə çox zəngindir”,- deyə Nadir Ghanim bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info