“Misirin arxitektura mədəniyyətinin formalaşmasında azərbaycanlı memarların böyük əməyi olub”
Tarix: 26.09.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi, gənclərin ölkə və dünya mədəniyyətinin müxtəlif sahələri üzrə elmi biliklərinin artırılması, onların "İslam Həmrəyliyi İli"ndə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində tanınmış elm və mədəniyyət xadimləri ilə görüşlərinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirir.
Sentyabrın 26-da Bilik Fondunun təşkilatçılığı, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin görüşü və “İslam memarlığı” mövzusunda mühazirəsi keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, memarlıq ixtisası üzrə təhsil alan tələbələrin qatıldıqları görüşdə Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağı təqdim edib, onun fəaliyyəti barədə məlumat verib. Mərkəzin rəhbəri təmsil etdiyi qurumun Bilik Fondu ilə birlikdə həyata keçirdiyi tədbirlərdən də danışıb.
Maraqlı görüşə görə Bilik Fonduna və AzMİU-nun rəhbərliyinə minnətdarlığını bildirən Əhməd Şövki təmsil etdiyi ölkənin tarixi abidələri - arxitekturasının orijinallığı ilə seçilən dini məbədləri barədə 3d formatında hazırlanmış slayd vasitəsilə geniş məlumat verib.
Tikililərin sxemindən danışan misirli professor ölkəsinin 989-cu illərdə arxitektura mədəniyyətinin formalaşmasında azərbaycanlı memarların böyük əməyi olduğunu xatırladıb.
Sonda Ə.Şövki tələbələrin suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Şövkət Ələkbərovanın məzarı ziyarət olunub
20.10.2017
Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənir
19.10.2017
Yollar qovuşanda...
19.10.2017
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni səhnə əsərini təqdim edəcək
19.10.2017
Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info