“Avropa çempionatında əsas məqsədimiz medal qazanmaqdır”
Tarix: 26.09.2017 | Saat: 19:30:00 | E-mail | Çapa göndər
Polina Rəhimova: “Avropa çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün çox gözəl bayramdır”

“Voleybol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox gözəl bayramdır. Bu, hamı üçün böyük hadisədir. Azərbaycana güclü komandalar gəldiyindən bütün zallar azarkeşlər və voleybol həvəskarları ilə doludur”. Bu barədə Azərbaycan qadın voleybol yığmasının üzvü, bir oyunda yığılan xalların sayına görə dünya rekordunun sahibi Polina Rəhimova bildirib. O, qeyd edib ki, Almaniya millisi ilə oyundan sonra yorğunluq hiss olunur: “Almaniya oyunda gərginlik heç də Polşa komandası ilə oyundakından az deyildi. Polşa zəif rəqib deyil. Almaniya ilə oyunda meydana gənc voleybolçular çıxdı. Onlar böyük səy göstərib sonadək təslim olmadılar. Mənə bir az çətin idi, çünki üç ilə yaxındır ki, Asiya komandasında oynayıram, Avropa oyunlarını və çempionatını izləmirəm. Bu səbəbdən həmin oyunçuları tanımıram”. Milli yığmanın oyunlarını izləməyə gələn Azərbaycan Prezidentinin diqqət və qayğısına görə təşəkkür edən Polina Rəhimova Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Gimnastika Arenasında çempionatın keçirilməsinə yaradılan gözəl şəraitə görə də minnətdarlığını bildirib. P.Rəhimova komandanın ümidləri doğruldacağına inandığını söyləyib: “Biz irəli sürülən məsələləri mərhələlərlə həll etməyi qarşımıza məqsəd qoymuşuq. Əvvəlcə öz qrupumuzdan lider çıxdıq, sonra isə çalışacağıq qələbə qazanıb azarkeşlərimizi sevindirək”. Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova isə qeyd edib ki, Almaniya yığması, eləcə də Macarıstan və Polşa komandaları üzərində qələbə gözlənilən idi: “Çünki üç ay ərzində gərgin məşqlər edir, çox ciddi hazırlaşırdıq. Avropa çempionatının qrup mərhələsinin axırıncı oyunlarında maksimum nəticə göstərdik”. O bildirib ki, millimizin yarışdığı qrupda çox güclü rəqiblər olub: “Lakin Azərbaycan yığması heç də zəif rəqib deyil. Digər komandalar bizim voleybolçulara qarşı matçlara fərqli və daha ciddi hazırlaşır”. Dövlət başçısına və azərbaycanlı azarkeşlərə böyük dəstəyə görə təşəkkürünü bildirən voleybolçumuz qeyd edib ki, komandanı çox maraqlı oyunlar gözləyir: “Avropa çempionatında əsas məqsədimiz medal qazanmaqdır”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“Ümid edirəm ki, Messi 200-cü qolunu bu mövsüm vuracaq“
20.10.2017
Bakıda grappling üzrə dünya çempionatı davam edir
20.10.2017
İspaniya portalı “Qarabağ”la bağlı yol verdiyi səhvi düzəldib
19.10.2017
“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı
19.10.2017
Veteran güləşçilərimiz 1 qızıl və 1 gümüş medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info