Vesna Medenitsa: «Azərbaycanın iqtisadi uğurları böyük maraqla izlənilir»
Tarix: 26.09.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Monteneqro ilə siyasi əlaqələr yaxşı səviyyədədir
Prezident Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Monteneqro Prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırlayıb, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğulayıb. Prezident Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirib, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib. Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa bildirib ki, ölkəmizdə gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti üzvlərində dərin təəssürat yaradıb. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini deyən qonaq vurğulayıb ki, bütün bu uğurlara zəngin təcrübəyə malik olan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olunub. İki ölkənin ali məhkəmə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Vesna Medenitsa ölkəmizə bu səfəri zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı faydalı müzakirələrin aparıldığını deyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info