“Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”
Tarix: 26.09.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər
ATƏT PA-nın xüsusi nümayəndəsi: “Münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir”

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir. Bahar Muradova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir: “Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər. Siz Minsk qrupu həmsədrlərinin ATƏT PA çərçivəsində müzakirələrə qatılmaq məsələsini qaldırmısınız. Düşünürəm ki, hazırkı səfərdən sonra bəlkə də bu cəhdi reallaşdırmaq qarşıdakı görüşlərdə mümkün olsun. Siz artıq dünəndən bəri Bakıda müxtəlif görüşlər keçirmisiniz. Bakıətrafı yerlərdə qaçqın və məcburi köçkünlərlə görüşmüsünüz. Bu səfəriniz kifayət qədər faydalı və maraqlı səfərdir”. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə bildirib ki, gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Kristian Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”. Kristian Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“ATƏT nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var“
21.02.2018
“Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik“
20.02.2018
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapması vacibdir”
19.02.2018
13 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
19.02.2018
İsrailin müdafiə nazirinə sui-qəsd cəhdində erməni izi?

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8452

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info