Avropada yeni proses başlayıb
Tarix: 26.09.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
“Alternativ” yaratmaq mümkün olacaqmı?

Son seçkilərdə Le Penin və “Almaniya üçün Alternativ”in qazandığı səslər avrointeqrasiya prosesindən narazıların sayının artdığını göstərir

Almaniyada keçirilən son parlament seçkilərində radikal sağçı partiyanın qazandığı uğur və İspaniyanın Kataloniya bölgəsinin müstəqilliklə bağlı referendum keçirməklə bağlı qərarı göstərir ki, qitə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Avropanın lokomotivi olan ölkənin parlamentində “neofaşist” damğalı ultrasağçılar yer alıblar. Bəzi politoloqlar hesab edir ki, bu uğur qitədə yeni prosesin başlamasını göstərir. “Almaniya üçün Alternativ” milli suverenliyin müdafiəsinə qalxıb, miqrantlarla bağlı sərt mövqe isə sonradan ortaya çıxıb. Bu qüvvələr fərqli Avropa arzulayır. “Alternativ” daha əvvəlki kimi Avropa İttifaqının dağılmasının tərəfdarı kimi çıxış etmir. Onların mövqeyini Fransada “Milli cəbhə” lideri Mari Le Penin mövqeyinə oxşadanların sayı kifayət qədərdir. Onların ümumi yanaşması belədir ki, güclü milli dövlətlərə ehtiyac var- avrointeqrasiya ölkələrin və millətlərin yoxa çıxması ilə nəticələnməməlidir. Bu mövqeni müdafiə edənlərin sayı artmaqdadır. Onlar hesab edir ki, Avropanın mərkəzdən-Brüsseldən idarə edilməsi, Strasburqda vahid Avropa parlamentinin olması milli dövlətləri məhv edir. Doğrudur, avropalıların əksəriyyəti inteqrasiyanın tərəfdarıdır. Amma onlar bu inteqrasiyanın fransız və ya italyan anlayışını ortadan qaldırmasını istəmirlər. Amma hazırda həyata keçirilən inteqrasiya prosesi milli dövlətlərin tədricən aradan qalxması və onların gücünün bazası əsasında vahid gücün yaranmasına hesablanıb. Bu yanaşmanın ortaya qoyduğu “vahid Avropa” ideyasının alternativi yoxdur. Amma Fransada “Milli Cəbhə”, Almaniyada “Almaniya üçün Alternativ” partiyasının uğuru bu prosesdə alternativin olduğunu ortaya qoyur. Son seçkilərdə Le Penin və “Almaniya üçün Alternativ”in qazandığı uğur, daha doğrusu aldıqları səslər avrointeqrasiya prosesinə narazılığın ifadəsidir. Ekspertlər bildirir ki, avropalılar siyasi elitaların apardığı siyasətdən, onların qloballaşma kursundan razı deyil. Amma son proseslər artıq görüntü deyil, fundamental dəyişiklik mərhələsinin başlandığını göstərir. “Vzqlyad” nəşri xarici media orqanlarına istinadən yazır ki, bu prosesin qarşısını almaq üçün Fransada Le Penin qarşısına Makronu çıxardılar. “Almaniya üçün Alternativ”i isə “neofaşist” adı ilə damğalayaraq cəmiyyətin gözündən salırlar. Politoloqlar hesab edir ki, milli dövlətlərüstü, qlobal qüvvələr Avropada millətçilərin qarşısını almaq üçün müxtəlif addımlar ataraq onlara məhdudiyyətlər yaradırlar. Amma prosesin qarşısını almaq mümkün olacaqmı? Bəzi ekspertlər iddia edir ki, Avropanı vahid halda birləşdirmək, vahid güc yaratmaq istəyənlər milli qüvvələrlə qarşılaşdıqlarından dövlətləri regionlara bölüb özlərinə birləşdirmək variantına üstünlük verə bilərlər. Kataloniyada oktyabrın 1-də referendum keçirilməlidir. İspaniya hökuməti separatizmə qarşı sərt tədbirlər həyata keçirməyə başlayıb. Avropa İttifaqı da referenduma qarşıdır. Hesab edilir ki, separatizm dövlətlər üçün təhlükədir və ona qarşı sərt mübarizə aparılmalıdır. Politoloqlar hesab edir ki, referendum məsələsi İspaniya üçün fövqəladə dərəcədə təhlükəli olduğu halda avrointeqrasiya tərəfdarları üçün strateji cəhətdən sərfəli ola bilər. Ekspertlər hesab edir ki, başlanan prosesin qarşısını almaq çətin olacaq. Bütün halda separatizmin qarşısı alınmalıdır. Ayrı-ayrı qlobal güclərin separatizmdən istifadə etməsi dünya üçün təhlükəli tendensiya yarada bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ərdoğanla Putin bir araya gəlib
11.12.2017
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
11.12.2017
Avropa İttifaqı NATO-ya alternativ yaradır?
11.12.2017
Xətai rayonu Yaponiya ilə əlaqələrini genişləndirir
11.12.2017
Parisdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info