”ArmenianReport” : ”Tədbir görülməsə, yaxın gələcəkdə Gürcüstanda erməni qalmayacaq”
Tarix: 26.09.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
“Gürcüstanda yerli ermənilərə düşmən kimi baxırlar”

Gərək ki, bizlərdə belə deyirlər : «Özü yıxılan ağlamaz». Vaxtilə gürcü yazıçı və böyük mütəfəkkiri İlya Çavçavadze də ermənilərin hansı xislət sahibi olduqlarını dərk edərək özündən sonra gələcək xalqını məlumatlandırmağa çalışırdı. Onun «Ermənilər və ağlayan daşlar» əsəri onun gürcü xalqına bu millət barədə çatdırmaq istədiyi xəbərdarlıqlarla doludur. Ermənistanın «ArmenianReport» saytında dərc edilmiş bu yazı erməni əməlinin inikası kimi də dəyərləndirilə bilər. Yazıda deyilir ki, ««Ermənistan səlahiyyətlilərindən heç biri bu günə qədər Gürcüstanda yaşayan ermənilərin problemləri barədə danışmayıb. Hökumət mətbuatı və eləcə də hökumət mətbuatında öz şantaj yazıları ilə çıxış edən millət vəkillərinin də qoşulduğu Ermənistan Milli Məclisinin sədri Ara Babloyan Gürcüstana etdiyi «uğurlu» rəsmi səfərinin detallarını həvəslə bölüşür. Bizim də gözlədiyimiz kimi, Gürcüstana səfər edən nümayəndə heyətimiz Cavaxetidə kompakt şəkildə yaşayan erməni vətəndaşlarının vəziyyəti barədə bir söz demirlər. Bunun əvəzinə onlar qədim Gürcüstan-Ermənistan əlaqələri barədə söhbətlər və tostlar söyləyirlər. Gürcüstanın bizimlə qonşu olduğunu heç kim inkar etmir. Bu dövlətin ölkəmizin çətin vəziyyətə düşdüyü anlarda Rusiyaya gedən tək dəhlizə bənzər bir pəncərə verdiyi də unudulmayıb. Lakin etiraf edilməlidir ki, bütün bunlar arxada qalıb. Həm də etiraf edilməlidir ki, bu gün İrəvanla Tiflis, ermənilərlə gürcülər arasındakı münasibətlər ağır dövrlərini keçirməkdədir. Bunun başlıca səbəbi isə faşizmə yuvarlanmış gürcü millətçiliyidir. Müqayisə üçün bildirək ki, bu gün Gürcüstanın bütün etnik azlıqları və ilk növbədə yerli erməni əhalisi bir sıra problemlərlə üz-üzə qalmaqdadır. Məsələnin problemli cəhəti isə ondan ibarətdir ki, yerli hakimiyyət orqanları bu problemləri aradan qaldırmağa çalışmaq əvəzinə, bu problemləri gündən-günə daha da aptırmağa çalışırlar. Mən özüm dəfələrlə Gürcüstanda olmuşam və Cavaxetiyada yerli ermənilərə qarşı təşkil edilən ermənifobiyanın yüksək səviyyəyə çatmasına şahidlik etmişəm. Erməni-gürcü münasibətlərinin böyük mədəni və tarixi qatlarına baxmayaraq, bu gün Gürcüstanda ermənilər, ümumilikdə, gürcülərin düşmənləri kimi qəbul edilirlər. Biz bu utancverici fenomenin köklərini araşdırmağa çalışdığınız zaman, Cavaxetiyadakı cəsarətli və əməksevər ermənilərin düşməni sadə gürcü xalqı deyil, Gürcüstanda digər xalqları görmək istəməyən gürcü millətçilərinin fəaliyyəti olduğu ortaya çıxır.
Məsələn, Gürcüstandakı ermənilər təhsil problemi ilə hələ sabiq ölkə prezidenti Saakaşvilinin dövründə üzləşmişdi. Sabiq prezidentin nəzarəti altında olan bütün erməni məktəbləri bağlanmışdı, Lakin ölkənin düşməni kimi qələmə verilib hakimiyyətdən uzaqlaşdırılan Saakaşvili dönəmi bitsə də, mövcud hakimiyyət də onun yolunu davam etdirir. Məsələnin başqa problemli cəhəti ondan ibarətdir ki, bu prosses təkcə Cavaxetiyada deyil, on minnlərlə erməninin yaşadığı Tiflisdə də davam etdirilir. Bizim həmvətənlərimiz bu ölkdə öz doğma dillərində təhsil almaqdan məhrumdurlar. Gürcüstanın Təhsil Nazirliyi rəsmiləri Cavaxetiya məktəblərinə İrəvandan erməni dilində dərsliklər göndərilməsini «iki ölkə təhsilindəki fərqlə» əlaqələndirərək yasaqlayıb. Əlbəttə, bütün bunlar absurd bəhanədən başqa bir şey deyil. Əslində isə, Tiflis ölkədə yaşayan ermənilərdən tamamilə qurtulmaq istəyir. Hələ ki, Gürcüstanda bu qaydalara riayət edənlər yaşaya bilər.
Başqa bir problem də Gürcüstandakı erməni icması məsələsinə bu ölkənin Pravoslav Kilsəsi nümayəndələrinin təcavüzü ilə bağlıdır. Belə ki, burada Gürcüstan kilsəsi erməni kilsələrini erməni cəmiyyətindən ən dəhşətli şəkildə alaraq gürcü kilsələri kimi təqdim edir.
Bu gün ermənilərin kompakt şəkildə yaşadığı Cavaxetiyada işsizlik baş alıb gedir. Gürcüstan millətçiləri, rəsmi Tiflis bu problemi bölgədə süni şəkildə yaratmağa çalışır. Ailəsini dolandırmaq istəyən gürcüstanlı erməni isə işləmək üçün Rusiyaya getmək məcburiyyətində qalır.
Bu gün Gürcüstanda yaşayan erməni əhalisi bir çox problemlərlə qarşı-qarşıyadır. Bunu İrəvan da gözəl anlayır. Lakin Ermənistanın rəsmi səlahiyyətliləri Tiflislə əlaqələri pozmamaq üçün bunun fərqinə varmırlar. Bunun nəticəsi isə budur: öz problemləri ilə tək qalan erməni öz evini tərk edərək ya Ermənistana, ya da Rusiyaya getmək məcburiyyətində qalır. Onun boş qalan evinə isə ya məhsəti türkləri, ya da azərbaycanlılar köçürülür. Əgər Gavaxetiyada yaxşılığa doğru heç bir addım atılmasa, yaxın gələcəkdə bu ərazilərdə heç bir erməni qalmayacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır“
20.10.2017
Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”
19.10.2017
”Armenianreport.com”: ”Rusiyaya məxsus Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanı soyur”
19.10.2017
Moskvada 100-dən çox insanı öldürən erməni sürücünün atası da eyni cinayətdə ittiham olunur
18.10.2017
Rusiya dekabrın 1-də Türkiyədən pomidor idxalına başlayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info