Balığın faydaları
Tarix: 28.09.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Balıq insan orqanizmi üçün faydalıdır. Balıqda mövcud olan əsas faydalı qida “omeqa-3” yağ turşusudur. Bədənimizdə olan iltihab qan damarlarına zərər verə bilər və ürək xəstəliyinə yol açar. “Omeqa-3” bədənin iltihabını azaltmağa kömək edir. Həmçinin balıq qan təzyiqini aşağı salır, ürək döyüntülərini azaldır. Uşaqlarda görmə qabiliyyətini artırır, zehni gücləndirir. Həftədə 1-2 dəfə balıq yeyən insanlarda ürək xəstəliyi olmaz.
Həkimlər ev şəraitində saxlanılan balıqların insan üçün ziyanlı olduğunu düşünürlər. Həftədə 2 dəfə balıq yemək xeyirlidir. Hamilə qadınlar az balıq yeməlidirlər. Çünki balığın tərkibindəki toksinlər onlar üçün zərərlidir. Həkimlər, həmçinin həftədə 170 qramdan çox konservləşdirilmiş və 340 qramdan çox adi balığın qəbulunu sağlamlığımız üçün zərərli hesab edirlər. Balıq damarlar üçündə xeyirlidir. Belə ki, damarları təmizləyərək tromboz riskini azaldır. Dəniz məhsullarındakı ecosanoidlər xərçəngə və digər xəstəliklərə qarşı faydalı olan hormon maddələrdir. Balıq artrit xəstəliyinə və gözə xeyirlidir.
Dəniz məhsulları bədəni yod, selenium, sink və kalium kimi bir çox maddələrlə təmin edir. Balıqlarda “A” və “D” kimi zəngin maddələr mövcuddur. Nəfəs borusu üçün balıq xeyirlidir və ağciyərləri qoruyur. Balıq depressiyanın qarşısının alınmasında böyük rol oynayır. Həmçinin balıq bağırsaqlara və beynimizə olduqca faydalıdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Miqren əleyhinə 5 effektli metod
09.12.2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
08.12.2018
Xaşın sağlamlıq üçün inanılmaz faydaları
07.12.2018
Quş qripi ilə bağlı xəbərdarlıq
07.12.2018
Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info