YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının II Konfransı keçirilib
Tarix: 02.10.2017 | Saat: 12:25:00 | E-mail | Çapa göndər

Hər bir xalqın öz müstəqilliyi uğrunda mübarizələr tarixi vardır. Azərbaycanın da özünəməxsus tarixi keçmişi həmin dövr hadisələrinə qiymət vermək üçün mənbə rolunu oynayır. XX əsrin əvvəlində birinci dəfə müstəqilliyin əldə edilməsindən sonra baş verən hadisələr, qısa müddətdə müstəqilliyə yaranan təhlükə, daxildən və xaricdən olan təhdidlər, təzyiqlər əsrin sonunda yenidən təkrarlanırdı. Bu dövrlər arasında paralellər apardıqda əlbəttə, hadisələrin təsviri üst-üstə düşsə də, nəticələr fərqli idi. Çünki birinci müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri qorumaq üçün Azərbaycanın yetərli gücü, müttəfiqləri yox idi, ölkə daxilində birlik əldə etmək mümkün deyildi, xarici faktorlar isə vəziyyəti daha da gərginləşdirirdi. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycanın özünün birləşdirici, bütün qüvvələri səfərbər edəcək, onları əsas məqsədə, hədəfə doğru yönəldə biləcək bir faktoru yox idisə, əsrin sonunda baş verən hadisələrdə biz artıq bu amilin mövcudluğunu xüsusi şəkildə vurğulamalıyıq.
Həmin dövrdə Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən ziyalıları bu çətin durumdan çıxmağın yeganə yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi, ictimai-siyasi hərəkatı düzgün istiqamətə yönəltməsi üçün bir siyasi təşkilata ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi.
Yarandığı ilk günlərdə böyük təzyiqlərlə qarşılaşmasına baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan Konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı. Ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək istiqamətində ciddi addımlar atıldı və qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Ölkənin xaosa sürükləndiyi, iqtisadi tənəzzülə uğradığı, separatçılıq meyillərinin güclənməkdə olduğu bir vaxtda bu işi təşkil etmək o qədər də asan deyildi. Lakin yalnız Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti bunun öhdəsindən gələ bilərdi ki, müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. Beləliklə, xalqın təkidli çağırışı və həmin dövrdə ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqının ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə, Azərbaycanın məhvə doğru sürüklənməsinə son qoyulacağına böyük inam yarandı.
Qısa zamanda Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, bütün regionda ən iri siyasi təşkilata çevrildi. Partiyanın sıraları gündən-günə artır. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olsa da, rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan, keçirilən mədəni-kütləvi tədbirlərin təşkilindən aktivliyi ilə seçilən təşkilatdır. Cəmi 4 il yaşı olsa da ölkəmizdə keçirilən 4 seçkidə uğurla iştirak etmişdir. Bu gün YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 5 min nəfərdən artıqdır ki, bu da əhalisinin sayı cəmi 20 mindən bir az çox olan rayon üçün böyük göstəricidir. Ümumiyyətlə, Pirallahı rayonu yarandığı gündən sürətli inkişaf yolundadır. Ölkə Prezidenti cənab İlham Əliyevin Pirallahı rayonuna 3 dəfə səfəri və bu səfərlərindən birinin Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə olması Pirallahı rayonuna olan xüsusi diqqət və qayğının nəticəsidir.
Sözsüz ki, YAP Pirallahı rayon təşkilatının uğurlarında qadınların rolunu xüsusi qeyd etmək lazımdır. YAP Pirallahı rayon təşkilatında qadınların sayı 1283 nəfərdir ki, bunlardan 576 nəfəri gənclərdir. Dövlətimizin inkişafında, idarə olunmasında qadınlar xüsusi önəm daşıyırlar. Ümumiyyətlə qədimdən bəri tarixin hər bir mərhələsində Azərbaycan qadını öz aktivliyi, bacarığı, fədakarlığı ilə seçilmişdir.
29 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qərargahının akt zalında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının II Konfransı keçirilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, Filologiya elmləri doktoru, professor Nurlana Əliyeva , Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva və digər fəxri qonaqlar iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamışdır. Himnin səslənməsindən sonra bəşər tarixi boyu Azərbaycan qadınının fədakarlığından, xüsusən son dövrlərdə ölkəmizin inkişafında mühüm rol oynayan, bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan qadınların fəaliyyətindən, dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan bəhs edən video-çarx nümayiş olundu. Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Konfrans iştirakçılarını salamlamışdır, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai - siyasi fəaliyyətindən, partiyanın siyasi kursunun əsas aspektlərindən, Pirallahı rayonunda keçirilən hər bir tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının səmərəli fəaliyyətindən geniş məlumat verən Hikmət Şikarov xüsusi ilə vurğuladı ki, bundan sonrakı fəaliyyətimizdə də daima partiyanın siyasi kursunu rəhbər tutaraq Azərbaycan Respublikasının rifahı, inkişafı naminə xidmət göstərəcəyik .
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirdi ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərəçarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlandı. Bu gün artıq Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızı məhz bir amal birləşdirir – Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək. YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva vurğuladı ki, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər.
Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının gördüyü işlər barədə Hesabat dinlənilmişdir. Dəvət olunan qonaqların çıxışlarından sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar, yeni YAP üzvlərinə partiya üzvlük vəsiqələri verilmişdir. Səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının 21 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və sədr müavinləri seçilmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Mustafayeva Kəmalə Cavad qızı seçilmişdir. Sonda Konfransın Qərar layihəsi səsvermə yolu ilə təsdiq olundu.


Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
17.11.2017
Yevlaxda sakinlərə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub
17.11.2017
Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info