Çuğundur ruletinin hazırlanması
Tarix: 04.10.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Milli.Az ailem.az-a istinadən bildirir ki, təqdim edilən bu reseptlə siz həm sadə üsulla yemək bişirəcəksiniz, həm də süfrələrinizi dadlı bir yeməklə bəzəyəcəksiniz.

Çuğundurlu rulet

Xəmiri üçün:

250 ml süd
50 q kərə yağı
1 çay qaşığı maya
485 q un
Bir çimdik duz
2 yumurta

Dolğusu üçün:

2 dəstə çuğundur
2 yemək qaşığı fıstıq
1 stəkan qurudulmuş pomidor
6 diş sarımsaq
1 dəstə cəfəri
2 stəkan doğranmış pendir
Duz
Qara bibər
Üzəri üçün: 3-4 qaşıq zeytun yağı

Hazırlanması:

Xəmir üçün olan vəsaitlər geniş bir qabda yoğrulur. Nəm bir parça ilə örtülür və 40 dəqiqə gözlədilir. Mayalanan xəmiri yüngül unlanmış dəzgah üzərinə götürərək bir oxlov köməyi ilə incə yayın. Üzərinə bütün xəmiri örtəcək şəkildə yüngül qaynadıb damarlarını kəsdiyiniz çuğundur yarpaqlarını yerləşdirin. Fıstıqları az yağda qovurun. Dolğusu üçün incə doğradığınız qurudulmuş pomidor, əzdiyiniz sarımsaq, incə doğradığınız cəfərini bir qaba yığın və oraya fıstıqları da əlavə edib duz istiot vurun.
Bu qarışımı çuğundur yarpaqlarının üzərinə yayıb xəmiri rulet formasında bükün və onu 2 sm qalınlığında parçalar kəsin. Aralarında boşluq olmaması üçün oval bir ocaq qabına qoyun. Üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə ocaqda 40-45 dəqiqə bişirin. İsti şəkildə servis edin.

Nuş olsunş




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Şah plov
10.10.2018
Saray burması şirniyyatı
03.10.2018
Tələbələr arasında kulinariya yarışı təşkil olunacaq
28.09.2018
Mərci küftəsi
19.09.2018
Pendirli badımcan qızartması

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info