“Beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib”
Tarix: 04.10.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov:
“Terrorçular yeni tərəfdarlar, maddi vəsaitlər cəlb etmə, müxtəlif diversiya həyata keçirməyin yollarını və xüsusi xidmət orqanlarına qarşı mübarizə taktikasını öyrənmək üçün sosial şəbəkələrdə bağlı qruplar yaradırlar. Belə akkauntların sayı yüz minlərlədir”

Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada "Cəbhət-ən-Nüsra" beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani əllərini itirib və ağır vəziyyətdədir.
Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası "Cəbhət-ən-Nüsra"nın 12 səhra komandirini məhv edib. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib ki, Suriya və İraqda məğlub olan terrorçular Yaxın Şərqin hüdudlarının xaricində yeni- qlobal terror şəbəkəsi yaratmağa başlayıblar. “RİA Novosti” bildirir ki, Bortnikov bunu FTX-nin xarici tərəfdaş dövlətlərin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin Krasnodarda keçirilən toplantısında səsləndirib. Bortnikov bildirib ki, terrorçular Suriya ərazisində Rusiya hərbi qüvvələrinin və yerli hökumətə bağlı qüvvələrin zərbələri nəticəsində ciddi itkilərə məruz qalıblar. O, koalisiya qüvvələrinin İraqda həyata keçirdiyi əməliyyatların da terrorçulara ciddi zərbə vurduğunu qeyd edib: “Terrorçular böyük ərazilərə və bir çox neft yataqlarına nəzarəti itiriblər. Onların nəinki Suriya və İraqda, eləcə də bu ölkələrin hüdudlarından kənarda iri terror qruplaşmalarını maliyyələşmək üçün iqtisadi ehtiyatları azalıb. Qeyd edilən faktorlar və tamamilə məhv olunma ehtimalının onlar tərəfindən dərk edilməsinin nəticəsi olaraq terrorçuların rəhbərləri bundan sonrakı strategiyalarını dəyişmək qərarına gəliblər”.

Terrorçular strategiyanı dəyişiblər: Suriya və İraqda məğlub olan terrorçular Yaxın Şərqin hüdudlarının xaricində yeni- qlobal terror şəbəkəsi yaratmağa başlayıblar

FTX rəhbəri çıxışında bildirib ki, bu il terrorçular tərəfindən Əfqanıstan, Suriya, İran, İraq, Misir, Mali, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İsveç, Finlandiya və digər ölkələrdə həyata keçirilən hücumların qurbanlarının sayı yüzlərlədir: “Terrorçular bütün insan sivilizasiyasına müharibə elan ediblər və dünyanın müxtəlif ölkələrində çaxnaşma yaradaraq onlarla mübarizə aparan qüvvələri, dövlətləri qorxutmağa çalışırlar. Bununla yanaşı, terrorçular tərəfdarlarına və sponsorlarına nümayiş etdirmək istəyirlər ki, onlar yaşayırlar və bundan sonra da fəaliyyət göstərə bilərlər”. Rusiya Federal təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, hazırda “İŞİD” terror Təşkilatının rəhbərləri sərəncamlarında olan güc və vasitələri yoxlamadan keçirirlər: “Terrorçular məqsədli şəkildə Yaxın Şərqin hüdudlarından kənara səpələnirlər. Onlar qeyri-stabil regionlarda cəmləşməyə çalışırlar ki, gərginlik və silahlı münaqişə ocaqları yarada bilsinlər”. Onun sözlərinə görə, qlobal terror təşkilatlarının belə formatlanması dəyişən situasiyaya uyğunlaşmaq istəyi ilə bağlıdır. O, deyib ki, terrorçular yaratdıqları kiber dəstələr vasitəsilə texnoloji qəzalar və ekoloji fəlakətlər törədə bilərlər. Bortnikov xəbərdarliq edib ki, terrorçuların kiberhücumları dünya ictimaiyyəti üçün ciddi təhlükədir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru onu da qeyd edib ki, beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib: “Praktiki olaraq bütün beynəlxalq terror təşkilatları qlobal şəbəkədə öz təbliğatlarını həyata keçirir. Terrorçular sosial şəbəkələrdə yeni tərəfdarlar, maddi vəsaitlər cəlb etmə, müxtəlif diversiya həyata keçirməyin yollarını və xüsusi xidmət orqanlarına qarşı mübarizə taktikasını öyrənmək üçün sosial şəbəkələrdə bağlı qruplar yaradırlar. Belə akkauntların sayı yüz minlərlədir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”
07.02.2019
Paşinyanın əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyi vədlər reallaşmadı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info