Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”
Tarix: 05.10.2017 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Bu ermənilərin dünyaya faş elədikləri problemlərini sadalamaqla bitmir. Maraqlısı budur ki, özlərindən müştəbeh olan ermənilər artıq reallıqla barışmağa çalışırlar. Lakin onların buna nə dərəcədə nail ola biləcəyi də sual altındadır. Faktlara keçək. «Necə ola bilər ki, 1915-ci ili keçib gələn bir xalq, indi başqa bir dövlətin ordusunun ümidinə qalıb?». Bu fikirlər Ermənistanın «Panorama am» saytında yer alıb. Sayt Ermənistan prezidenti Serj Sarkisyanın bu yaxınlarda ölkə jurnalistləri ilə görüşü zamanı etdiyi etirafa istinadən yazıb. Görüş zamanı ölkənin müdafiə naziri «Rus tərəfdaşımız sayəsində, biz Azərbaycanla hərbi balansı artıq uduzuruq»-deyə etirafda bulunmuşdu. Qeyd edək ki, düşmən ölkədə böyük bir ajiotaj yaradan bu məlumat "Elk" fraksiyasından olan deputat Nikol Paşinyan tərəfindən ötən gün ölkə pararlamentində də xatırladılıb: «Hər dəfə Rusiya Azərbaycana silah satarkən biz nə cavab verəcəyimizi bilmirik. Verəcəyimiz cavab isə Rusiya ilə məcburi müqavilə bağlamağımızla bitir. Rusiya Türkiyəyə də silah satdıqdan sonra bizi yeni məcburi müqaviləyə məcbur edir. Moskva bu hərəkətləri ilə bizim suverenliyimizin dərəcəsini azaldır. Bir müddət bunda əvvvəl ruslar bizi «İsgəndər»lə sevindirdilər. Amma bundan bir müddət sonra Türkiyəyə bizə verdikləri «İsgəndər»i uşaq oyuncağı kimi əzə biləcək «S-400» satdılar»-deyə Paşiyan bildirib: «Sevr müqaviləsini görən insanlar belə bir müqaviləyə necə ümid edə bilərlər? (Xatırladaq ki, Sevr müqaviləsi Birinci Dünya müharibəsinin sona çatdığını qeyd edən Versal-Vaşinqton sistemi müqavilələrindən biri olub). Bəs hanı Sevr müqaviləsi? Niyə 1915-ci ili keçib gələn xalqı indi başqa bir dövlətin ordusu qorumalıdır? Niyə 1915-ci ildə Vanı ələ keçirən rus ordusu sonra geri çəkilib erməniləri tək qoydu? Etiraf edilməlidir ki, Serj Sarkisyan və onun hökuməti ölkə təhlükəsizliyinin əsas komponentini artıq çoxdan itiriblər».
Ermənistanla bağlı başqa xəbər yerli ishesalla bağlıdır: «Ermənistanda quş və yumurta istehsal edən şirkətlər çətin vəziyyətdə qaldılar. Belə ki, yerli şirkətlər Rusiyadan idxal edilən quş əti və başqa məhsullarla rəqabət aparmaq iqtidarında deyillər. Ona görə ki, Rusiyadan idxal olunan quş əti yerli məhsulla müqayisədə çox ucuzdur. Bu barədə Ermənistanın «Joxovurd» nəşri məlumat yayıb.
Nə baş verdiyini təxmin etmək çətin deyil: belə hallarda yerli istehsalçı üçün ilk maneə enerji daşıyıcılarının və quşların yemlə təminatının çox baha olmasıdır. Bunu yerli erməni fermerləri də etiraf edirlər: «Rusiya qaz satan ölkədəir. Bu ölkənin yem tədarükü ilə heç bir problemi yoxdur. Amma onlardan fərqli olaraq bizdə istehsalçılar üçün yaradılan şərait fərqlidir. Bizim problemlərimizi saymaqla bitməz. Biz az miqdarda da olsa öz işçilərimizi saxlamalıyıq, heç bir güzəştsiz dövlətə vergi ödəməliyik və eyni zamanda öz ailələrimizi saxlamalıyıq. Ona görə də, istehsal məhsullarımızı baha satmaq niyyətindəyik. Əgər belə davam edərsə, biz də işimizə son qoymaq məcburiyyətindəyik».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
09.07.2018
“Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb”
05.07.2018
Ekstremal vəziyyətlərdə dövlət və vətəndaş həmrəyliyi
28.06.2018
“The Jerusalem Post”: “Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilmir və bilməyəcək”
27.06.2018
Levon Mnatsakanyan: “Müasir hərbi-texniki imkanları olan bir rəqiblə üz-üzə qalmışıq”
20.06.2018
“Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info