Şotlandiyada antiirqçilik kampaniyaları ilə tanınan azərbaycanlı gənc
Tarix: 05.10.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər
Fuad Ələkbərov: “Azərbaycan diaspor hərəkatının ən zəif nöqtələrindən biri məhz media ilə istənilən səviyyədə əlaqə qura bilməməsidir”

Xaricdəki gənclərimizin beynəlxalq humanitar layihələrdə təşkilatçı olaraq aktivlik göstərrməsi fəxr ediləsi haldır. Elə müsahibimiz Fuad Ələkbərov da belə gənclərdən biri olaraq Şotlandiyada xeyriyyə fəaliyyəti və antiirqçilik kampaniyaları ilə tanınır. O, 2017-ci il 22 fevral tarixində Şotlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, Fuad Ələkbərov1988-ci il noyabr ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıqda Rauf Cabbarovun rəhbərliyi altında boksla məşğul olub. 1997-2002-ci illərdə Bakıda 91 nömrəli orta məktəbdə təhsil alıb. 2002-ci ildə İngiltərənin Fulhem U-13 komandasında çıxış edib. 2006-cı ildə Qlazqoda Klivden orta məktəbini bitirib. Həmin ildə "Hədəflər proqramı" sertifikatına, 2007-ci ildə Oksford Universitetinin "Sosial Müəssisə Mükafatı"na layiq görülüb. 2012-ci ildə Qlazqo Kaledoniya Universitetinin Biznes fakültəsini bitirib. O, təhsil aldığı universitetin "Tələbə Liderləri Proqramı"nı qızıl səviyyəli diplomla bitirib.
2016-cı ildə Azərbaycanın Böyük Britaniya səfirliyinin Şotlandiya üzrə xarici işlər məsləhətçisi vəzifəsində çalışıb. 2015-ci il 12 sentyabrda onun digər aktivistlərlə yaratdığı "Europe Sees Syria" kampaniyası, dünyanın 40 şəhərində iki milyondan çox adamın Avropa miqrant böhranında mühacirlərə kömək edilməsində böyük rol oynayıb. Qlazqoda 10 000 insanın iştirak etdiyi nümayişdə, Ələkbərov Avropa liderlərindən qaçqınların dəstəklənməsini və miqrant axınının təhlükəsiz yolla həllini tələb edib.
-Sizin əsas missiyalarınızdan biri qaçqınlara humanitar yardımların göstərilməsinə dəstək olmaqdır. Sizcə, Avropa qaçqın probleminə, həqiqətən, insan haqları mövqeyindən yanaşırmı?
-Çox təəssüf ki, Macarıstan, Slovakiya, Bolqarıstan kimi Avropa ölkələri qaçqınlara qarşı insan haqları mövqeyindən çox sərt yanaşır. Avropa ölkələri qaçqın və məcburi köçkünlərin məsələsinə diqqətlə yanaşmalıdır.
Azərbaycan bu məsələdə çoxdan əziyyət çəkir. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bu insanlar hələ də Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasını gözləyirlər.
Düşünürəm ki, Avropa Şurası obyektiv məlumatlarla maraqlanmalıdır. Məsələn, "Europol"un hesablamalarına görə, 2015-ci ildə Avropa ərazisinə gələn 270 min uşaqdan təxminən 10 mini rəsmi sığınacaq sistemlərindən yoxa çıxıb. Bu çox qorxulu faktdır. Qaçqın uşaqların insan alverçilərinin əlinə düşməsi çox asandır. Avropa Şurası bu uşaqların izinin tapılması məsələsinə daha ciddi yanaşmalıdır. Əmin olmaq lazımdır ki, Avropaya daxil olan kimi onların lazımi şəkildə qayğılarına qalırlar. Mütəşəkkil cinayətlərin yeni formalarının qarşısını almaq üçün yollar tapmalıdır.
-Bu kimi kampaniyalarda azərbaycanlı qaçqınların məsələsini nə dərədə gündəmə gətirə bilirsiz?
-2016-cı ildə Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. Bundan əlavə, artıq bu il Şotlandiyada "Buta" Azərbaycan icması yaranıb. Bu istiqamətdə maarifləndirmə işləri aparılır.
Məncə, Azərbaycan diaspor hərəkatının ən zəif nöqtələrindən biri məhz media ilə istənilən səviyyədə əlaqə qura bilməməsidir. Diaspor təşkilatları və dərnəklər illər uzunu yerli qəzet, radio və televiziya ilə əlaqələr qurmalıdır, körpülər yaratmalıdırlar.
-Siz xeyriyyəçilik və irqçiliyə qarşı fəaliyyət göstərirsiz. Yerli xalqın sizin bu işinizə nə kimi dəstəyi olur?
-Şotlandiyada xeyriyyəçilik və irqçiliyə qarşı çoxlu kampaniyalar var. Məsələn, ölkədə "qida bankı” (food bank) adlanan təşkilatlar, aclıqdan əzab çəkən insanlara pulsuz olaraq qida paylayır. Azərbaycanda qida bankının olmaması yoxsulluğun aradan qaldırılmasına əngəl törədir. Ölkənin müxtəlif yerlərində daim irqçiliyə qarşı simpoziumlar, yürüşlər və tədbirlər keçirilir.
-Ümumiyyətlə, bir əcnəbi olaraq sizin bu işlərə Böyük Britaniyada, eləcə də Avropanın digər ölkələrində münasibət necədir?
-Şotlandiyada qaçqınlara digər Avropa ölkələri ilə müqayisədə müsbət baxırlar. Ölkədə fəaliyyət göstərən insan hüquqları təşkilatları və aktivistlər Şotlandiya hökumətin qaçqınlara qarşı müsbət münasibət göstərməsində böyük rol oynayır. İkinci səbəb, Şotlandiyanın demoqrafiyası ilə bağlıdır. Statistikaya görə, Şotlandiyanın əhalisi qocalır, baxmayaraq ki, son illərdə ölkənin əhalisi miqrasiya nəticəsində artır. Şotlandiya hökuməti qaçqınların demoqrafik böhrana qarşı effektiv olduğunu və nəticədə bu faktorun ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcəyini hesab edir.
-Maraqlıdır, siz Şotlandiyanın müstəqilliyinin tərəfdarısız, amma Böyük Britaniyanın da Avropa İttifaqında qalmağını dəstəkləyirsiz. Böyük Britaniya Avropa İttifaqının tərkibində olarkən, Şotlandiyaya müstəqilliyin verilməsi nə dərəcədə mümkündür?
-Şotlandiyanın müstəqilliyi ilk olaraq yerli xalqdan asılıdır. Britaniyanın Avropa İttifaqından çıxması Şotlandiyanın iqtisadiyyatına mənfi təsir edir, çünki Şotlandiyanın iqtisadiyyatı Avropa İttifaqına İngiltərədən fərqli olaraq çox bağlıdır. Bunun nəticəsində, 2019-cu ildə ölkədə müstəqillik hərəkatlarının aktivləşməsi gözlənilir. Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasının ölkə hüdudlarından kənarda zəncirvari prosesin başlanmasına səbəb ola bilər.
-Ümumiyyətlə, XXI əsr Aİ-nin fəaliyyətinin zəifliyi fonunda Avropada azsaylı xalqların müstəqillik uğrunda mübarizəsinin artacağı gözlənilir. Bu tendensiya Avropanın siyasi mənzərəsini hansı formada dəyişə bilər?
-Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə, sülh və sabitliyə təhlükə yaradır. Avropa İttifaqı qanunsuz ayrılma nəticəsində formalaşmış de-fakto hakimiyyət və əraziləri hər hansı formada tanımaq və ya dəstəkləməkdən çəkinməlidir. Eyni zamanda 2011-ci ildə AŞ PA-nın qətnaməsində qeyd olunur ki, beynəlxalq hüquq milli azlıqların öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır. Amma həmin qətnamədə bu hüququn avtomatik separatizm şərait yaratmadığı vurğulanır.
Separatçı hərəkatların güclənməsi Avropa İttifaqının zəifləməsinə və nəticədə dağılmasına səbəb ola bilər. Separatçı qüvvələrdən istifadə edib, Rusiyaya qarşı olan sanksiyaların ləğv edilməsi rəsmi Moskva üçün mühüm məsələdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
11.01.2018
“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
11.01.2018
Mehtiyev Qasimi: “Nəhayət, mən də Pifaqor teoremi haqqında yeni bir fikir söyləyə bildim”
10.01.2018
“Аqrаr sаhədə fаsiləsiz iqtisаdi аrtım təmin еdiləcək”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info