Kiprli nazir: “İkili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir”
Tarix: 06.10.2017 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Özdemir Berova: “Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər”

Ötən həftə Şimali Kipr Türk Cümhuriyyətinin Milli Təhsil və Mədəniyyət naziri Dr.Özdemir Berova Bakıda səfərdə olub. Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk kiprli nazirlə Azərbaycanı necə görməsi, iki ölkənin turizm potensialı və başqa mövzular ətrafında söhbət edib. Həmin müsahibəni təqdim edirik:
- Cənab nazir, Azərbaycan Kiprdən necə görünür?
- Əvvəla, mənə çox xoşdur ki, qardaş Azərbaycandayam. Azərbaycanda olmaqdan qürur və fərəh hissi keçirirəm. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bakıda yaradılan infrastruktur vəziyyətdən xəbər verir. Bu gün Azərbaycanın türk dünyasında xüsusi önəmi var. Bundan fəxr etməyə bilmərik. Azərbaycan nə qədər çox inkişaf edərsə, eynilə Türkiyə, Kipr də inkişaf edər. Biz bir millətin övladlarıyıq.
- Kiprdə təhsilin səviyyəsi hansı həddədir?
- Bilirsiniz ki, bu gün Kiprdə təhsilin səviyyəsi yüksəkdir. Yüksək şərtlərə cavab verən təhsil sistemimizi formalaşdırmışıq. Minlərlə azərbaycanlı gənc Kipr universitetlərində təhsil alır. Təhsil alan azərbaycanlı tələbələr yaradılan şəraitdən bəhrələnirlər. Qeyd edim ki, onlar vətənlərinə qayıdıb müxtəlif sahələrdə çalışaraq, öz təcrübələrini bölüşəcəklər. Onların uğurları və xoş sədalarını eşitmək bizi də sevindirir.
- Bilirik ki, Kiprdə turizm inkişaf edir. Hazırda vəziyyət necədir?
- Kiprdə turizm sahəsinə xüsusi önəm verilir. Ölkəmizin əsas gəlir mənbəyi turizmdən formalaşır. İldə on minlərlə turist qəbul edirik. Kiprin əlverişli coğrafi mövqeyi və turizm üçün yaradılan şərait turistləri cəlb edir.
- Azərbaycan turizmini izləyirsinizmi?
- Bəli. Son illər Azərbaycanda turizmdə güclü inkişaf müşahidə olunur. Ölkəyə turistlərin axını sürətlənib. Bir məsələni qeyd edim ki, Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər. Bu isə yeni iş yerləri və əlavə gəlir mənbəyi deməkdir. Azərbaycanda yeni hotellərin istifadəyə verilməsi və yaradılan infrastrukur turizmin inkişafına müsbət impuls verəcək.
- Özdəmir bəy, Qarabağ problemi haqqında sual vermək istərdim. Kiprlilər Qarabağ problemi haqqında nə qədər geniş bilgiyə sahibdirlər?
- Qarabağ Kiprin də problemidir. Təəssüf ki, ikili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir. Qarabağda yaşanan hadisələrlə Kiprdə yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur. Hər ikisində də insanlar qətliamlara məruz qalıblar. Bu, bizim acımızı birləşdirən ortaq faktdır. Beynəlxalq təşkilatların Qarabağ məsələsində hərəkətə keçməsi lazımdır. Çünki dünya birliyi qəbul edir ki, Qarabağ qeyri-qanuni olaraq işğal altındadır. Biz praktiki addımları görmürük. Bunu təəssüflə qeyd etməliyəm. İnanıram ki, tezliklə azərbaycanlı qardaşlarım öz vətənlərinə geri dönəcəklər.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“İtalyanlar bizə çox bənzəyirlər”
18.12.2018
Rusiya-Azərbaycan: iqtisadi maneələri aradan qaldırarkən...
17.12.2018
Əkbər Qoşalı: “Biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik”
17.12.2018
Təcrübəli kapitan: “Dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir”
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info