Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
Tarix: 09.10.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilinin birinci semestrində aparılacaq pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Məmməd Qəribov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı təmir olunub, lazımi avadanlıqlarla təchiz olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Naxçıvan Dövlət Universitetində kadr hazırlığı işinin yüksək təşkilindən danışan nazir universitetin pedaqoji profilli IV kurs tələbələrindən 217 nəfərinin 09 oktyabr-24 noyabr 2017-ci il tarixində muxtar respublikanın 13 tam orta məktəbində pedaqoji təcrübə keçəcəyini diqqətə çatdırıb.
Tədbirdə Naxçıvan şəhər Təhsil şöbəsinin əməkdaşı Qızıllı Əliyeva, universitetin “Ümumi tarix” kafedrasının müəllimi İsmayıl Zeynalov çıxış edərək öz dəyərli məsləhət və tövsiyyələrini veriblər.

Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır”
18.07.2018
“Əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq”
18.07.2018
Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18.07.2018
Komitə ölkə üzrə Xəzər dənizinin sahilboyu monitorinq keçirir
18.07.2018
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info