“Rossiya 24“ kanalında Azərbaycan məhsullarına dair reklam çarxları
Tarix: 09.10.2017 | Saat: 19:36:00 | E-mail | Çapa göndər
Rusiyanın "Rossiya 24" federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Made in Azerbaijan" brendinin təşviqinə dair Prezidentin fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək. Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycanın regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıb. Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair hazırlanması təsadüfi deyil. Çünki öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var. Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Prezident Davos forumunda çıxış edəcək
18.01.2018
ABŞ-da 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı kampaniya
17.01.2018
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırıldı
17.01.2018
Bakı Paylayıcı Şəbəkəsinin yeni binası və yarımstansiyaların açılışı olub (Yenilənib)
17.01.2018
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info