Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
Tarix: 09.10.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər
Suriyada Türkiyə-İran-Rusiya anlaşması yeni situasiya yaradır- Vaşinqtonun son addımları Ankara və Tehranı Rusiya ilə daha da sıx münasibətə sövq edir
Regionda baş verən son proseslər vəziyyətin gərginləşməyə doğru getdiyini göstərir. Suriyada Türkiyə-İran-Rusiya anlaşması ilə bağlı yeni situasiyanın yaranması, İraqın şimalında keçirilən referendum və Ankara-Tehran-Bağdadın buna qarşı sərt mövqeyi, Türkiyə ilə ABŞ arasında viza qalmaqalı, ABŞ-ın İranı nüvə anlaşmasından çıxacağı ilə hədələməsi yaxın perspektiv üçün yaxşı heç nə vəd etmir. Donald Tramp İranla sazişin ləğvi ilə bağlı dəfələrlə bəyanatlar verib.
İran da son olaraq bəyan edib ki, Vaşinqton SEPAH-ı (İslam İnqilab Keşikçiləri) terror təşkilatı elan edərsə, Tehran da ABŞ ordusunu “İŞİD” terrorçuları ilə eyni qəbul edəcək. Ekspertlər Ağ Evin İrana qarşı belə sərt mövqe ortaya qoyması ilə bağlı fərqli fikirlər ortaya qoyurlar. Əslində, nə baş verir? Axı ABŞ dövlət başçısı Donald Tramp seçki kampaniyası zamanı bildirirdi ki, ölkə xaricində hərbi avantüralara imkan verilməyəcək. Ekspertlər bildirirlər ki, Tramp hakimiyyətə gələrkən müharibənin əleyhinə olan komanda üzvlərindən, demək olar ki, heç biri indi onun yanında deyil. Onların hamısı müxtəlif bəhanələr- Rusiya ilə əlaqə və digər səbəblər adı ilə Trampın ətrafını tərk etməyə məcbur olublar. Hazırda Trampın ətrafında əsas söz sahibi İrana qarış sərt siyasətin tərəfdarları olan generallardır. Ekspertlər qeyd edirlər ki, İrana qarşı konfrontasiyanın əsas tərəfdarı Pentaqonun rəhbəri Ceyms Mettisdir. Onun bu dövlətə qarşı sərt münasibəti o dərəcədə böyükdür ki, Barak Obama dövlət başçısı olarkən onu ABŞ ordusunun Mərkəzi Komandanlığının rəhbəri postundan uzaqlaşdırmışdı. Mettis “Politico” nəşrinin 2013-cü ildə ona ünvanladığı ən böyük 3 təhlükə ilə bağlı sualı belə cavablandırmışdı: İran, İran və İran. ABŞ ordusunun Mərkəzi Komandanlığının indiki rəhbəri general Cozef Votel də Mettislə eyni mövqedədir. Votel bu ilin aprel ayında Senatda keçirilən dinləmədə bildirib ki, ABŞ İrana qarşı “hərbi qüvvə” tətbiq etməyə hazır olmalıdır. Rusiyalı ekspert Mixail Sinelnikvo-Orişak “RT”-yə açıqlamasında bildirib ki, Trampı İranla konfrontasiyaya çəkən üçüncü general Birləşmiş Qərargahlar rəisi Cozef Danforddur. O, tutduğu posta görə ABŞ ordusunda ikinci şəxs sayılır. Ekspert qeyd edir ki, Tramp generallarla keçirdiyi hər görüşdən sonra İrana qarşı bəyanatlarını bir qədər də sərtləşdrir. Ağ Ev administrasiyana yaxın mənbələrin yaydığı məlumatlara görə, Vaşinqton İranın hərbi kəşfiyyat və ölkə xaricində əməliyyatlar həyata keçirən SEPAH qruplaşmasını terror təşkilatı elan etməyə hazırlaşır. İlk addım kimi SEPAH-ın bir qolu olan “Qüds” qruplaşması terror təşkilatı elan ediləcək. İranlı general Əli Cəfəri bazar günü keçirdiyi mətbuat konfransında bəyan edib ki, Birləşmiş Ştatlar nüvə anlaşmasından çıxacağı halda Tehran regional müdafiə və raket proqramlarını genişləndirməyə başlayacaq. O, eyni zamanda bildirib ki, ABŞ bazalarını 2 min km radiusdan kənara çəkməlidir. Çünki İranın raketləri bu radiusda zərbə endirmək iqtidarındadır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib ki, Amerikanın hakim dairələrinin strateji və önəmli səhv etməyəcəyinə ümid edirlər. Qasimi Türkiyənin Suriyanın İdlib bölgəsində keçirdiyi əməliyyat və İranın buna münasibətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ Astana müzakirələrinin gündəliyində var: “Ümid edirik ki, növbəti görüşdə müsbət nəticələr əldə olunacaq. Suriya məsələsində davamlı koordinasiya var və lazım olanda bir-birimizi son durum haqqında məlumatlandırırıq”. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın regionda İranla yanaşı, Türkiyə ilə də münasibətləri kəskinləşdirməsi Ankara və Tehranı yaxınlaşdırmaqla yanaşı, onları Rusiya ilə daha da sıx münasibətə sövq edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
03.04.2018
“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9095

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info