Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
Tarix: 10.10.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər
Ahmet Arslan: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyə, Gürcüstan və Azərbaycan arasında qardaşlığın, dövlətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından çox vacibdir”

Avrasiya məkanında yeni bir iqtisadi inkişaf mərhələsinin başlanğıcını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq istismara hazırdır. Bu layihə təkcə daşımalar sistemində yox, eləcə də Avrasiya qitəsində sənaye və kənd təsərrüfatının, eləcə də gəmiçiliyin, dəmir yolu sənayesi və maşınqayırmanın yüksəlişi üçün də xüsusi təsirə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avrasiya məkanını əhatə edən dəmir yolu şəbəkəsində çoxşaxəliliyi təmin edən açar funksiyasını daşıyan layihə kimi qitədə yerləşən bütün ölkələr üçün cəlbedici və səmərəli vasitədir. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin məqsədyönlü enerji layihələri bölgə ölkələrinin kompleks inkişafı üçün ciddi zəmin yaradıb. Müasir müstəqil Azərbaycan dövlətinin yeni neft və regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki ölkəmizin, o cümlədən yaxın və uzaq qonşu ölkələrin iqtisadi maraqlarına tam şəkildə cavab verir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində hər üç ölkənin prezidentlərinin iştirakı ilə təməli qoyulub.Dəmir yolunun Türkiyə hissəsinin təməli isə 24 iyul 2008-ci ildə qoyuldu. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək Bakı-Tbilisi- Qars dəmiryolu ilə bağlı ölkəmizin ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək. Beləliklə, təşəbbüskarı Prezident İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə rəsmi açılışı olacaq. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir: “Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir. Ona görə əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq”.

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars layihəsi ticarət daşımalarına açıldıqdan sonra həm bölgə, həm də ölkəmiz bundan çox yararlanacaq"


Qeyd edək ki, Türkiyənin Nəqliyyat və Dənizçilik naziri Ahmet Arslan, “Dəmir İpək Yolu” kimi tanınan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində çətin proseslərin geridə qaldığını bildirib. Nazir qeyd edib ki, bu ayın sonunda layihə tamamlanacaq, yük və sərnişinlərlə bağlı xidmətə başlanacaq. A.Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə, Gürcüstan və Azərbaycan arasında qardaşlığın, dövlətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından çox vacib olduğunu bildirib. Türkiyədə hər il 26,5 milyon ton yükün dəmir yolu ilə daşındığını deyən nazir qeyd edib ki, “dəmir yolu layihəsi Londondan Pekinə dəmir yolunu birbaşa şəkildə qurmaqla orta dəhliz baxımından ölkəmiz üzərindən aparılan daşımaları təmin edəcəyik ki, nəticədə Çindən Avropaya gedən yüklərin 10 faizini almaqla 30 milyon ton əlavə yük qabiliyyəti yaratmış olacağıq.”
Nazir Londondan Pekinə qədər dəmir yolunu fasiləsiz vəziyyətə gətirən layihədən marşrutdakı bütün ölkələrin faydalanacağına diqqət çəkərək, bu xətlər ilə Türkmənistan, Qazaxıstan, Özbəkistan, Pakistan, Əfqanıstan və Hindistana qədər bir çox ölkəyə yük daşıma şansı olduğunu dilə gətirib.
BTQ layihəsinin bölgənin inkişafı üçün əhəmiyyətini vurğulayan nazir A.Arslan, Ərzurumda qurulan lojistik mərkəzin başa çatmaq üzrə olduğunu bildirib: “Ümid edirəm ki, Bakı-Tbilisi-Qars layihəsi ticarət daşımalarına açıldıqdan sonra həm bölgə, həm də ölkəmiz bundan çox yararlanacaq".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt
17.10.2017
Avropada separatizm dalğası: Konvey Ayland Britaniyadan müstəqillik tələb edir
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
05.10.2017
Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info