“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
Tarix: 10.10.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


2018-ci ildə qeyri-neft sektorunun inkişafında bum yaşanacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkənin aparıcı universitetlərində uğurlu iqtisadi islahatlara həsr olunan ictimai mühazirələrin təşkilinə başlayıb.
Bu məqsədlə mərkəzin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində ilk mühazirəni oxuyub. O bildirib ki, Prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri ilə yaranmış çətinliklər geridə qalıb. Bu ilin 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz və xarici ticarət dövriyyəsi 7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, gələn il Azərbaycanda neft sektorunun geriləməsinə baxmayaraq, ümumi iqtisadiyyat 2 faiz böyüyəcək. Azərbaycanda qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənilir. "Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayıb. Dövlət investisiya proqramı da iqtisadi inkişafı dəstəkləyəcək və gələn il qeyri-neft sektorunda sürətli inkişafı təmin edəcək", - deyə V.Qasımlı qeyd edib. Vüsal Qasımlı deyib ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda qeyri-neft ixracı 1 milyard 69 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artım deməkdir. Qeyri-neft ixracının sürətlə artması ölkədə aparılan əhatəli iqtisadi islahatların birbaşa nəticəsidir: "Doqquz ayda 1582 şirkət bilavasitə qeyri-neft ixracına cəlb edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə daha çox şirkətlərin ixrac həcmini artırmasıdır. İxracda sənaye məhsulları, o cümlədən polad, alüminium, polietilen, plastik məmulatlardan hazırlamış məhsullar, eyni zamanda, kənd təsərrüfatı məhsulları ilk onluqdadır. Bu müddətdə ölkədən ixrac olunan pomidorun ümumi dəyəri 128 milyon ABŞ dollarından çoxdur”. O, bu cür ictimai mühazirələrin təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə ciddi çağırışlara qarşı mühüm tədbirlər həyata keçirilir. Artıq neft iqtisadi artım amili funksiyasını yetirmir. İqtisadiyyatda yeni artım nöqtələrinə ehtiyac var. Bu artım nöqtələri Strateji Yol xəritələrində öz əksini tapıb. Rektor deyib: "İqtisad Universiteti olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma müsbət töhfə verə biləcək tədqiqatların genişləndirilməsidir. Universitetdə mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şərait yaratmağa çalışırıq". Sonda Vüsal Qasımlı universitetin professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq
02.10.2018
“Məqsədimiz Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələri gücləndirməkdir“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info