Skan Qusar mətbəxinin ən dadlı təamıdır
Tarix: 11.10.2017 | Saat: 12:36:00 | E-mail | Çapa göndər
Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Bu yeməyi ləzgilər ən sevimli qonaqları üçün bişirirlər. Yeməyin adı ləzgi dilində “çın-kan” yəni “odun üstü” mənasını verir.
AZƏRTAC xəbər verir ki, Qusarda skanın onlarla növü bişirilir. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.
Skanın hazırlanması üçün un, yağ, 0,5 kiloqram qoyun əti, 0,5 kiloqram kartof, 100 qram quyruq, iki baş soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur.
Əvvəlcə un, süd, su, yumurta, duz qatılaraq yumşaq xəmir yoğrulur. Hazır xəmir üstü örtülərək kənara qoyulur. Sonra skanın içliyi hazırlanır. Bunun üçün ət və soğan ət maşınından keçirilərək, çox nazik doğranmış çiy kartof, göyərti, duz və istiotla qarışdırılır. Skanın içliyi zövqə görə dəyişir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var.
İçlik hazır olandan sonra xəmirdən iki lavaş yayılır, yağlanıb kündələnir. Lavaşlardan birinin üstünə hazır içlik qoyulur, o birisi ilə üstü örtülür və kənarları bərkidilir. Skan tavaya qoyulduqdan sonra üstünə yağ sürtülür və çəngəllə bəzək vurulur. Sobada təxminən 40 dəqiqəyə bişir.
Skan sobadan çıxarılaraq qalın süfrənin arasında saxlanılır və 10-15 dəqiqə sonra yemək üçün təqdim olunur.
İyirmi ildən çoxdur aşbazlıq edən Rəmziyyə Allahquliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, skan restoranda ən çox sifariş verilən ləzgi yeməyidir. Qusara gələn hər kəs bu yeməyin dadına baxmaq istəyir. Xüsusilə əcnəbi turistlər skana böyük maraq göstərirlər. Yeməklə yanaşı, onun hazırlanması qaydasını soruşurlar. Skan müştərilərə 15 manata təqdim olunur.
“Ləzgilərin qədim yeməklərindən olan skan bərəkətli və doyumlu olması ilə seçilir. Bir skan böyük ailə üçün kifayət edir. Çünki onun tərkibində yağlı qoyun əti və başqa qüvvətli komponentlər var”, - deyə R.Allahquliyeva qeyd edib.
Skan Qusarda, xüsusilə də kəndlərdə hər evdə bişirilir. Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
10.12.2017
Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
08.12.2017
“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert
07.12.2017
Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında...
07.12.2017
Məşhur özbək musiqiçiləri “Azərbaycan, Qarabağ və sülh üçün oxu” layihəsində

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info