“Nar bağı” filmi 26-cı Heartland Film Festivalına dəvət alıb
Tarix: 11.10.2017 | Saat: 12:36:00 | E-mail | Çapa göndər
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi 26-cı Heartland Film Festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a verilən məlumata görə, festival oktyabrın 12-dən 22-dək ABŞ-ın İndianapolis şəhərində keçiriləcək. Film oktyabrın 21-də nümayiş olunacaq.
Film “Xarici dildə ən yaxşı filmə namizədlər” müsabiqə bölümündə yer alıb. Bu bölməyə “Nar bağı” da daxil olmaqla, Amerika Kino Akademiyasının cari ilin “Xarici dildə ən yaxşı film” nominasiyası (Oskar mükafatı) uğrunda mübarizə aparan 10 ölkənin - Türkiyə, Fransa, İsveçrə, Yeni Zellandiya, Hindistan, İraq, Pakistan, Norveç və Nepalın rəsmi təmsilçiləri daxildir.
Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
10.12.2017
Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
08.12.2017
“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert
07.12.2017
Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında...
07.12.2017
Məşhur özbək musiqiçiləri “Azərbaycan, Qarabağ və sülh üçün oxu” layihəsində

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info