“Torpaq istifadə olunmasa, mütləq şoranlaşmaya məruz qalacaq”
Tarix: 11.10.2017 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Torpaq istifadə olunmasa, mütləq şoranlaşmaya məruz qalacaq. Ölkəmizdə suvarılan əkin sahəsi 1,45 milyon hektar təşkil edir ki, bunun da müəyyən hissəsi müxtəlif dərəcədə şoranlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.
Ə.Quliyev bildirib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu son illərdə Kür-Araz ovalığının Şirvan, Salyan, Mil düzlərində genişmiqyaslı tədqiqatlar aparıb. Tədqiqatlar zamanı müəyyən edilib ki, əvvəlki illərdə əkin yerləri olan bir çox torpaq sahələrində təkrar şoranlaşma baş verib və hazırda bu sahələr istifadəyə yararsızdır. Bunun əsas səbəbi keçid dövründəki iqtisadi çətinliklərlə əlaqədar keçən əsrin 50-80-cı illərində dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait hesabına tikilmiş kollektor-drenaj və suvarma şəbəkələrinin xeyli hissəsinin baxımsızlıq üzündən yararsız hala düşməsidir. İndi həmin kollektor-drenaj və suvarma şəbəkələrinin yenidən bərpasına ehtiyac var. Bu sahədə qısa müddətdə dövlət miqyasında konkret tədbirlər görülməsə, geniş ərazilərdə torpaqların təkrar şoranlaşması baş verə bilər. Bu da nəticədə şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün külli miqdarda vəsaitin sərf olunmasına və vaxt itkisinə gətirib çıxaracaq.
Alimin sözlərinə görə, Azərbaycanda suvarılan əkin sahələrinin ərazisinin 1,7 milyon hektara çatdırılaraq 60 faizi (1,0 milyon hektar) taxıl altında istifadə olunsa, bu ərazidən azı 3 milyon ton taxıl toplamaq mümkündür. “Qalan 40 faiz ərazinin 20 faizi (340 min hektar) pambıq, 15 faizi (255 min hektar) yonca, 5 faizi (85000 hektar) digər bitkilər altında istifadə edilsə, toxuculuq sənayemizi, heyvandarlığı və kənd təsərrüfatının digər sahələrini lazımi səviyyədə inkişaf etdirə bilərik.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq”
18.07.2018
Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18.07.2018
Komitə ölkə üzrə Xəzər dənizinin sahilboyu monitorinq keçirir
18.07.2018
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
18.07.2018
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info