“Süddeutsche Zeitung“: “Nə üçün «bütün dünya» rus S-400-lərini alır?”
Tarix: 11.10.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər
«Bu gün Rusiya istehsalı olan S-400 "Triumf" zenit-raket sistemləri üçün dünyanın bir çox ölkələrində tələb çox böyükdür. Buna baxmayaraq, hətta istehsalçı şirkətin nümayəndəsi də bu sistemlərin istehsal imkanlarının məhdud olduğunu bəyan edib» . Bu barədə Almaniyanın «Süddeutsche Zeitung» nəşri məlumat yayıb.
Nəşr xatırladır ki, Rusiyanın S-400-ün satışına dair Çinlə razılaşması haqqında məlumat altı ay əvvəl açıqlansa da, bundan əvvəl həmin sistemlə Hindistanın da silahlandırılması barədə məlumatlar yayıldı. Ötən həftə isə Rusiyanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə daha iki böyük saziş bağladığı məlum olub. Rusiya prezidentinin müşaviri Vladimir Kojinin sözlərinə görə, hazırda bu silahı əldə etmək üçün bir sıra dövlətlər sıraya durublar. Müşavirin bildirdiyinə görə, bu gün S-400-lərə Cənub-Şərqi Asiyada, Yaxın Şərqdə və bəzi digər ölkələrdə böyük maraq göstərilir.
Alman nəşrində dərc edilən məqalə müəllifi NATO üzvü olan Türkiyənin niyə məhz bu silaha maraq göstərdiyini sual kimi ortaya qoyur. «Türkiyə bununla Amerikanın hərbi yardımından imtina etdiyini aydın şəkildə nümayiş etdirmək istəyirmi?»-yazan «Süddeutsche Zeitung» əməkdaşı əlavə olaraq, «Rusiya istesalı olan sistemlərin hərbi üstünlükləri olmasaydı, Türkiyənin bu "siyasi itaətsizlik hərəkəti" də edilməzdi»- deyə əlavə edib.
«Təkmilləşdirilmiş S-400 mobil sistemi faktiki olaraq qruplaşdırılmış atış sistemindən ibarətdir. Bu sistem olduqca təsirli hesab edilir. Belə ki, bu sistem döyüş təyyarələri, «Avaks» kimi yüksəkdən uçan kəşfiyyat təyyarələri, ballistik raketlər, kruiz raketlər, dronlar və hətta görünməz bombardmançıları da avtomatik olaraq vurmaq iqtidarındadır». Bunları da nəşr yazır.
«S-400-lər hazırda mövcud olan ən yaxşı hava müdafiə sistemidir». Bu fikirləri isə nəşr Rusiya hərbi-texniki əməkdaşlıq federal xidmətinin direktoru Dmitri Şuqaevin fikirlərinə istinadən yazır. Almaniyalı hərbi ekspert, polkovnik Volfqanq Rixter isə S-400-ləri «beynəlxalq bazarın aparıcı məhsulu» kimi dəyərləndirir: «Bu sistem, həqiqətən də, Amerikanın Almaniyada da yerləşdirdiyi «Petriot» sistemlərindən güclüdür».
Təbii ki, Rusiya üçün də son illərdə həyata keçirdiyi böyük əməliyytlar çox vacibdir. Belə ki, Moskva dünyanın ikinci ən böyük silah ixracatçısı kimi öz nüfuzunu təsdiqləyir. Bundan əlavə, S-400-lərin NATO-ya üzv olan ölkələrə satılması Moskvanın da strateji ambisiyalarına cavab verir: Türkiyənin Rusiya ilə bu sistemlə bağlı razılaşması ABŞ tərəfdən o qədər də təqdir ediməməsi də başa düşüləndir: «Ancaq, xatırladaq ki, NATO-nun başqa bir üzvü - Yunanıstan artıq Rusiyanın S-300 raketlərini alıb, lakin Türkiyədən fərqli olaraq bu, o qədər də önə çəkilmir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Azadlıq” radiosu və “Amerikanın səsi” Rusiyada “xarici agent” sayılacaq
23.10.2017
Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimisərgi zalının açılışı olub
23.10.2017
“Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə töhfələr verib”
20.10.2017
“ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır“
20.10.2017
Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info