Qarabağa park açan bələdiyyə başqanı:“Güclü Azərbaycan güclü Türkiyə deməkdir”
Tarix: 11.10.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Səlcuq Çətin: “İki qardaş ölkə ümummilli məsələlər daxil olmaqla beynəlxalq aləmdə də bir-birilərinə dəstək verirlər”

Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk Ankara Pursaqlar bələdiyyəsinin başqanı Səlcuq Çətinlə onun Azərbaycan səfəri və bir sıra mövzular ətrafında söhbət edib. Müsahibəni oxuculara təqdim edirik:
- Səlcuq bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycanı necə gördünüz?
- Təşəkkür edirəm. İlk öncə qeyd edim ki, qardaş Azərbaycan haqqında danışmaqla sözlərim bitməz. Buralar bizim ikinci vətənimizdir. Səfərimdə Bakı və Sumqayıtda oldum. Abadlıq və inkişaf göz önündədir. Xəzər dənizi Bakıya xüsusi gözəllik verir. Havası çox yaxşıdır. İnsanlarla təmasda oldum. İnsanlar istiqanlı və qonaqpərvərdirlər. Azərbaycanı belə görmək bizi çox sevindirir. Bizim üçün güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bilirsiniz ki, iki qardaş ölkə ümummilli məsələlər daxil olmaqla beynəlxalq aləmdə də bir-birilərinə dəstək verirlər.
- Siz rəhbəri olduğunuz Pursaqlar bələdiyyəsində Qarabağ parkını açmısınız. Qarabağ mövzusu Türkiyə cəmiyyətinə nə qədər çox tanışdır?
- Türkiyə böyük dövlətdir. 80 milyon insanın bu barədə məlumatı tam olmaya bilər. Amma cəmiyyət Qarabağ məsələsini bilir və qardaş Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab prezidentimiz Rəcəb Təyyub Ərdoğan açıq şəkildə bunu bəyan edib. Türkiyədə bir neçə Qarabağ parkları var. Bu il də bələdiyyə olaraq Qarabağ parkının açılışını etdik. Bakıdan da hörmətli qonaqlar gəlmişdi. Əgər biz bununla qardaş Vətənimizə dəstək oluruqsa, bu, məni çox sevindirir. İnşallah, torpaqlar azad olunandan sonra hamımız birgə Qarabağı ziyarət edəcəyik. O günü səbrsizliklə gözləyirik.
- Türkiyə-Azərbaycan əlaqələri haqqında nə deyə bilərsiniz?
- Türkiyə-Azərbaycan əlaqələri strateji və qarşılıqlı səviyyədə davam etməkdədir. Ən çətin zamanımızda bir-birimizə dəstəyimizi göstəririk. Bundan gözəl heç nə ola bilməz. Qarabağ parkının açılışı çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı konfrans keçirdik. Konfransda yüzlərlə insan iştirak edirdi. Qarşıda planlarımız çoxdur. Onları reallaşdırmaq haqqında düşünürük.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“İtalyanlar bizə çox bənzəyirlər”
18.12.2018
Rusiya-Azərbaycan: iqtisadi maneələri aradan qaldırarkən...
17.12.2018
Əkbər Qoşalı: “Biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik”
17.12.2018
Təcrübəli kapitan: “Dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir”
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info