“Moskvanın nümayəndələri ermənilərin ləyaqətini təhqir edir”
Tarix: 10.05.2013 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Rusiya-Ermənistan münasibətləri feodal-vassal xarakteri
daşıyır”

“Rusiya Ermənistanla münasibət qurarkən ona strateji tərəfdaş gözü ilə baxmır”


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiyanın bu ölkədəki səfiri Vyaçeslav Kovalenkonu diplomatik missiyasının başa çatması münasibətilə qəbul etməsi və ona medal təqdim etməsi işğalı ölkə mətbuatının narahatlığına səbəb olub. «Jamanak» nəşri yazır ki, xarici siyasət idarəsinin rəhbəri səfirə erməni-rus münasibətlərinin möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə medal təqdim edib: «Vyaçeslav Kovalenkonu Xarici İşlər Nazirliyinə indi yox, bir müddət əvvəl, səfir müsahibələrinin birində «ermənilər yalnız Rusiyanın hesabına müstəqilliklərini və identikliklərini qoruyub saxlaya bilirlər» ifadələrini işlədəndə çağırmaq lazım idi. Səfiri XİN-ə çağırmaq üçün başqa səbəblər də olub. Elə başlayaq rusların Azərbaycana strateji silah satması məsələsindən. Daha sonra Moskvanın bir çox nümayəndələri Ermənistanı və onun vətəndaşlarının ləyaqətini təhqir edəndə səfiri XİN-ə dəvət etmək lazım idi. Amma belə görünür ki, bu millətin şərəf və ləyaqətinin qorunması xarici siyasət idarəsinin vəzifə səlahiyyətlərinə daxil deyil. Amma onların işlərində Brejnev dövründən qalma ənənələr hələ də davam edir-sağa-sola medal paylayırlar. Təəccüblü deyil ki, həmin medallardan biri də Kovalenkoya qismət oldu. Səfir Kovalenko erməni-rus münasibətlərinin möhkəmlənməsi istiqamətində özünəməxsus xidmətlər göstərib. Möhkəmlənmə-bu hələ fakt deyil, münasibətlər hərbi-siyasi müttəfiqlik deyil, daha çox vertikal xarakter daşıyır-böyük feodal-vassal münasibətləri. Səfirin fəaliyyəti nəticəsində erməni cəmiyyətində belə bir fikir daha da möhkəmləndi ki, Ermənistan-Rusiya münasibətləri tərəfdaşlıqdan çox uzaqdır və daha çox Ermənistanın ləyaqəti, maraqları və suverenliyinin ortaya qoyulmasının hesabına mövcuddur. Kovalenko və onun kimi başqa simaların fəaliyyətlərinin nəticəsidir ki, Ermənistanda keçirilən sorğuda rəyi soruşulanların 86 faizi Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Buna görə təşəkkür edilməli olan şəxslərdən biri də elə missiyasını başa vuran səfirdir. Burada xarici siyasət idarəsinin onun haqqında nə düşünməsi o qədər də əhəmiyyət kəsb etmir. Vacib olan odur ki, Rusiya Xarici İşlər Nazirliyi nə düşünür. Rusiya XİN Kovalenkonun əvəzinə İvan Volınkini Ermənistana səfir təyin edib. Son vaxtlar Rusiya xarici siyasət idarəsində çalışan Volınkin səfir işlədiyi Gürcüstandan qovulub. Saakaşvili onu casusluq və dövlət çevrilişi hazırlamaqda ittiham edərək ölkədən qovub. Əgər Volınkin Ermənistana casusluq etmək üçün gəlirsə, çox nahaq. Ermənistanda bu gün hər şey o qədər aydındır ki, ondan hətta Aya da casusluq etmək olar. Əgər, Moskva sadəcə casus şəbəkəsinin koordinatorunu dəyişirsə, bu başqa məsələ. Deməli, bu addım öz nəticəsini növbəti sosioloji sorğuda göstərəcək. Buna görə ancaq Kremlə təşəkkür etmək lazım gələcək-cəmiyyətin düşüncəsində avrointeqrasiyanı stimullaşdırdığı üçün. Amma Avropaya inteqrasiya məsələsi nəyinsə acığına olmamalıdır, əksinə düşünülmüş, həyat şərtlərinin dəyişməsinə hesablanmalıdır. Avropaya inteqrasiya ilə yanaşı Rusiya ilə siyasi-iqtisadi münasibətləri yeni keyfiyyət formasına transformasiya etməliyik. Bu isə ilk növbədə Ermənistanın özündən, hakimiyyətin keyfiyyətindən asılıdır. Hakimiyyətin keyfiyyətli olması məsələsi nə Rusiyanın, nə də Qərbin işidir. Bunu cəmiyyət özü etməlidir. Özümüz etməsək, bunu bizim əvəzimizə başqaları edəcək ki, bu da vətəndaşların marağına xidmət etməyəcək. Problem ondadır ki, Rusiya Ermənistanla münasibət qurarkən ona strateji tərəfdaş gözü ilə baxmır. Əslində, Moskva həm Ermənistana, həm də onun vətəndaşına tərəfdaş kimi baxmalıdır. Nə qədər ki, Rusiya siyasətinin leksikonunda Ermənistanla münasibətdə «vətəndaş», «cəmiyyət» ifadələri formal olsa belə, yoxdursa, onda münasibətlərdə yeni keyfiyyət göstəricilərindən danışmaq mümkün deyil. Bu isə gec-tez Rusiyanın regiondan məhrum olması ilə nəticələnə bilər».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Temperatur 28 dərəcəyə yüksələcək
23.09.2019
“Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik”
23.09.2019
ADU-da 10 tələbə xüsusi təqaüd alacaq
23.09.2019
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü
23.09.2019
Qəzzada TİKA tərəfindən tikdirilən xəstəxana yaxın zamanda istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info