“Bu hadisələr AŞPA-nı nüfuzdan salır”
Tarix: 11.10.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
AŞPA-nın payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulan Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov təqdim olunan məruzənin Assambleyanın etibarlılığını və birliyini gücləndirəcəyinə inandığını bildirib. O qeyd edib ki, parlamentarilərin fəaliyyətini tənzimləyən və onlardakı mənfi halların qarşısını alan təkmil “davranış qaydaları”nın tələblərinə riayət olunmalıdır. Deputat Assambleya üzvləri, üzv dövlətlər haqqında açıq mənbələrdə çoxlu iddialar olmasına baxmayaraq, məruzədə yalnız bir ölkədən danışılmasını təəssüflə bildirib, obyektivlik prinsipinin pozulduğunu qeyd edib. O, açıq iddialardan qarayaxma kampaniyasında alət kimi istifadə etməyin asan olduğunu vurğulayaraq, belə iddialarda ehtiyatlı olmağa çağırıb. Bildirib ki, təsdiq olunmamış hər hansı iddialara yüksək səslə, zəruri olduğundan artıq reaksiyalar vermək parlamentin nüfuzuna xələl gətirir. Deputat ölkəmizin də qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qarayaxma kampaniyasına məruz qaldığını bildirib. V.Hüseynov son zamanlar baş verən arzuolunmaz hadisələr və onlara qarşı seçilən cavab üsullarının Assambleyanı nüfuzdan saldığını deyib. Bildirib ki, məruzə və müzakirələr AŞPA-nın nüfuzunun diqqətdə saxlanılmasını şərtləndirir. Bu baxımdan məruzədə belə hallarda araşdırmaların məxfiliyini nəzərdə tutan təklif alqışlanmalıdır. Deputat diqqətə çatdırıb ki, Assambleya üzvlərinə dair bütün qayda, məhdudiyyət və öhdəliklərə paralel olaraq yuxarıda göstərilən iddialardan müdafiə mexanizminin hazırlanması vacibdir. Assambleya üzvlərinin qaydalara zidd hər hansı fəaliyyətlə məşğul olması ilə bağlı qərəzli iddialar irəli sürənlər bunun üçün məsuliyyət daşıdıqlarını bilməlidirlər. V.Hüseynov bunun Assambleyada daxili qaydaların təkmilləşdirilməsi üçün növbəti istiqamət olacağına inandığını vurğulayıb və parlamentariləri etibarlı, əmin mənbələrə istinad etməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək”
19.10.2017
Bu il minlərlə məcburi köçkün ailəsi yeni evlərlə təmin olunacaq
19.10.2017
Pakistan XİN rəhbəri: “Azərbaycan D-8 təşkilatına üzv qəbul oluna bilər”
19.10.2017
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlaşdırır
18.10.2017
İspaniya-Kataloniya: ultimatumun vaxtı bu gün bitir

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info