Suriyada döyüşlərdə 115 nəfər həlak olub
Tarix: 11.05.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Suriyada son iki gün ərzində gedən döyüşlərdə 115 nəfər həlak olub. “Əl-Cəzirə” kanalının məlumatına görə, hökumət qüvvələri ilə müxalifət silahlıları arasında ən gərgin döyüşlər paytaxt Dəməşq və ətrafı, eləcə də Hələb, Hama, Homs, Deyr Azur və Daraa şəhərlərində qeydə alınıb.
Bu arada, Suriya müxalifətinin milli koalisiyası bəyan edib ki, münaqişənin siyasi həlli Bəşər Əsədin istefası ilə başlaya bilər. Bəyanat Rusiya və ABŞ-ın Suriyada müxalifət və hökumətin iştirakı ilə toplantı keçiriləcəyini elan etməsindən sonra verilib. Digər tərəfdən, Böyük Britaniya Avropa İttifaqını Suriya müxalifətinin silahlandırılması ilə bağlı qadağanı ləğv etməyə çağırıb. Böyük Britaniyanın yaydığı sənəddə iki seçim qeyd olunub: silah qadağasını tamamilə aradan qaldırmaq və sanksiyanın mətnindən “qeyri-döyüş” sözünü çıxarmaq. Sözügedən məsələ ayın 27-də Avropa İttifaqının müzakirəsinə çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb
20.09.2020
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
20.09.2020
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
20.09.2020
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
20.09.2020
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info