Ölkəmizin ictimai-siyasi vəziyyəti bir çox ölkələr üçün nümunə ola bilər
Tarix: 11.10.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər
Çingiz Bayramov:
“Azərbaycandakı ictimai-siyasi sabitlik hər bir vətəndaşımızda məmnunluq yaradıb”

Bu gün Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin əsas effektiv nəticəsi ölkədəki ictimai-siyasi sabitlikdə özünü göstərir. Bir çox sahələr kimi, ölkəmiz, bu baxımdan da dünya dövlətləri üçün bir örnəkdir. Bunu Azərbaycana gələn əcnəbi rəsmi qonaqlar, eləcə də turistlər də etiraf edirlər.
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu haqda da fikir bildirib: “Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliyi, həmişə olduğu kimi, möhkəmdir. İqtisadi göstəricilər, - bu gün müşavirədə bu göstəricilər səsləndi, - hər bir ölkə üçün nümunə ola bilər. Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir”.
Azərbaycandakı ictimai-siyasi sabitlik hər bir vətəndaşımızda məmnunluq yaradıb. Xüsusən, ictimaiyyət nümayəndələri bu sabitlikdən fəxrlə danışırlar. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov “Palitra”ya açıqlamasında dedi ki, Prezidentin “Azərbaycanda olan ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər” sözləri yerində söylənmiş və ölkəmizin reallığını əks etdirən fikirdir: “Bu gün ölkəmizdə söz və ifadə azadlığı, insanların qanun çərçivəsində mitinqlər vasitəsilə fikirlərini ifadə etməsi Avropanın bir çox ölkələri üçün bir örnəkdir. Ölkəmizdə mindən çox KİV-in, dörd minə yaxın QHT-lərin, yüzə yaxın siyasi partiyaların fəaliyyətlərini, habelə internet vasitəsilə, demək olar ki, ölkə əhalisinin yarısından çoxunun sosial şəbəkə istifadəçisinin olması bizə deməyə əsas verir ki, Azərbaycanda ictimai -siyasi vəziyyət bir çox ölkələrin arzu etdiyindən də yuxarı səviyyədədir. Bu gün Azərbaycan xalqı ilə ölkəni idarə edən iqtidar arasında olan həmrəylik dünyanın çox az ölkəsində rast gəlinir. Çünki ölkəmizi idarə edən iqtidar, hər zaman Azərbaycan xalqının mənafeyi naminə çalışır. Azərbaycanda mövcud olan idarəetmənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çingiz Bayramov bildirdi ki, bu gün Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental bir siyasi ideologiyanın, bütün vətəndaşlarının hər növ hüquqlarını qoruya bilən dövlət yaradılıb: “Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynayır. Müstəqil Azərbaycanda təhsil və elm sahəsində aparılmış islahatlar, dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynayıb. Bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanda vətəndaş tərbiyəsinin mühüm strateji parametrlərini müəyyənləşdirən hadisələr kimi xarakterizə oluna bilər.
Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azadlıq duyğusunu formalaşdırmaq məqsədilə ulu öndər Heydər Əliyevin dediyi kimi, ilk növbədə Azərbaycan Konstitusiyasını, ölkəmizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır”.
TUMİB sədrinin fikrincə, ölkəmizdə gedən ictimai-siyasi proseslərin müsbət istiqamətdə inkişafı nəticəsində Azərbaycanda yaşayan bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini bu Vətənin doğma övladı kimi hiss edirlər: “Məhz buna görə də Azərbaycan bu gün multikultural ölkə kimi dünyaya bir nümunədir. Həmçinin dövlətin xalqın milli və mənəvi dəyərlərinə verdiyi yüksək qiymət də ictimai-siyasi sabitliyin göstəricilərindən biridir. Bu gün bütün cəmiyyət ümummilli ideyamız, yəni azərbaycançılıq ideyası ətrafında cəmlənib”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bakcell” abunəçiləri ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
23.10.2017
Şəki-Kiş avtomobil yolunun tikintisinə vəsait ayrıldı
23.10.2017
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə memorandum imzalanıb
23.10.2017
Ahmet Arslan: “Bakı-Tbilisi-Qars layihəsilə yeni bir tarix yazılıb” (Yenilənib)
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info