Gary Jones: “Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdir”
Tarix: 12.10.2017 | Saat: 12:25:00 | E-mail | Çapa göndər
"Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdirmi? Cavab birmənalı olaraq "bəli"dir. Mən çox şadam ki, BP bu prosesdə böyük rol oynayır". Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.
"3 misal çəkmək istəyirəm. Birincisi, 2013-cü ilin dekabr ayında "Şahdəniz-2" layihəsi üçün BP-SOCAR-Şahdəniz konsorsiumundakı tərəfdaşlarımız tərəfindən verilən yekun investisiya qərarı Cənub Qaz Dəhlizinin inşası üçün yol açdı. Ümumi investisiya portfelinin dəyəri 40 mlrd. dollardır. Beynəlxalq miqyaslı layihə Xəzərdəki təbii qaz ehtiyatlarını Avropa bazarlarına çıxaracaq və ilk dəfə olaraq bu bazarlar arasında birbaşa əlaqə yaranacaq. İkincisi, BP və onun Azəri-Çıraq-Günəşli konsorsiumundakı tərəfdaşlarının bu yaxınlarda imzaladığı "Əsrin müqaviləsi" Azərbaycanın neft infrastrukturuna qoyulacaq böyük investisiyaların növbəti dalğasına rəvac verəcək. Üçüncüsü, SOCAR və BP arasında imzalanmış sazişlər çərçivəsində həyata keçirilən Abşeron yarımadasının dayazsulu hissəsində layihələr aşkar edilmiş neft və qaz ehtiyatları yeni bir səhifə aça və nəhəng regional neft-qaz infrastrukturu üçün təchizat mənbəyi ola bilər. Qısası, Azərbaycanda bu potensial var", - deyə o vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək”
19.10.2017
Bu il minlərlə məcburi köçkün ailəsi yeni evlərlə təmin olunacaq
19.10.2017
Pakistan XİN rəhbəri: “Azərbaycan D-8 təşkilatına üzv qəbul oluna bilər”
19.10.2017
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlaşdırır
18.10.2017
İspaniya-Kataloniya: ultimatumun vaxtı bu gün bitir

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info