“Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir”
Tarix: 12.10.2017 | Saat: 12:42:00 | E-mail | Çapa göndər
Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Azərbaycan Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.Konfransda 19 ölkədən qonaqlar, Azərbaycanın dövlət nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəyə mühüm töhfələr verib: “Azərbaycan bütün potensialı ilə müharibəyə qatılmışdı. Müharibədə Azərbaycandan 600 mindən çox insan iştirak edib. Onlardan 320 min nəfəri həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə həmyerlimiz itkin düşüb”.

C. Xəlilov deyib ki, Azərbaycandan xeyli sayda hərbçi Sovet İttifaqı Qəhrəmanı adı alıb.

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, alman faşizmi üzərində böyük qələbədə Azərbaycan xalqının danılmaz payı var.

Ə. Mehdiyevin sözlərinə görə, bəzi saxtakar tarixçilər Azərbaycan xalqının faşizmə qarşı mübarizədə rolunu təhrif etmək istəyirlər: “Xalqımız cəbhəyə yalnız neft göndərməyib, eyni zamanda 600 min vətəndaşımız faşizmə qarşı mübarizədə fəal iştirak edib. Onların da yarısı həlak olub. O vaxt Azərbaycanın əhalisi 3,4 milyon nəfər idi. Bu isə o deməkdir ki, hər 5 vətəndaşdan biri döyüşürdü”.

Ə. Mehdiyev Azərbaycanda Böyük Vətən Müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlət tərəfindən lazımi diqqət və qayğının göstərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

“Ermənistanda faşistlərə yardım göstərən nasist Nijdeyə abidə qoyulub. Hətta bu abidənin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Regional “SS”-in yaradıcısı, xəyanətkar biri indi Ermənistanda milli qəhrəmana çevrilib. Təbii ki, bu hal bir çox ölkənin etirazına səbəb olub. Ermənistanda nasist ideologiyası təbliğ edilir. 25 ildir, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altındadır. Erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir. Bu məsələdə dəqiq və qəti mövqeyimiz olmalıdır”, - deyə Ə. Mehdiyev vurğulayıb.

Konfrans çıxışlarla davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Hüseyn Cavid və müasir gənclik”
23.10.2017
İlin rekordu və ilin ixtisası
23.10.2017
AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb
23.10.2017
Gənclərə ekologiyanın qorunması ilə bağlı təlimlər keçiriləcək
23.10.2017
“TRT HABER” erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info