“SOCAR Trading“ hər il Maltaya 400 mln. kubmetr təbii qaz ekvivalentində maye qaz çatdıracaq
Tarix: 12.10.2017 | Saat: 13:20:00 | E-mail | Çapa göndər
"Bu il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir". Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.
R.Abdullayev bildirib ki,SOCAR-ın strateji inkişaf prioritetləri arasında xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. Onun sözlərinə görə, SOCAR dünya bazarlarına inamla daxil olan müasir rəqabətədavamlı, şaquli inteqrasiya olunmuş şirkət kimi mövqeyini gücləndirməkdədir: "Gürcüstanda Kulevi terminalı, "SOCAR Energy Georgia", Türkiyə, Ukrayna, Rumıniyada şirkətlərimiz fəaliyyət göstərir. "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Şərqi və Qərbi Avropa, Şimalı və Qərbi Afrika və Aralıq dənizi hövzələrindəki bazarlarda öz mövqelərini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyatlarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 2018-ci ildən etibarən hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya çatdırılması nəzərdə tutulub".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
18.01.2018
Elektron qaimə-fakturanın tətbiqi şəffaflığın təmin olunmasına xidmət edir
18.01.2018
“Picot”, “Milumel” və “Celia” uşaq qidaları ölkəyə idxal edilməyib
18.01.2018
SOCAR ötən il büdcəyə 1,5 mlrd. manat ödəyib
18.01.2018
“Picot”, “Milumel” və “Celia” uşaq qidaları ölkəyə idxal edilməyib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info