Gözlərin nurunu qorumaq üçün...
Tarix: 12.10.2017 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
12 Oktyabr Ümumdünya görmə günüdür. Gözlər ən həssas orqanlarımızdan biridir, görmə isə ətraf ələmdən məlumat almaq üçün əsas vasitədir.
Bu səbəbdən göz sağlamlığının profilaktikası istənilən yaşda olan insan üçün olduqca vacibdir və onun əsas prinsiplərini hər bir insan bilməlidir.
Bu prinsiplər çox asandır:
1. Mütəxəssislər istənilən yaşda olan insanlara ildə 1 dəfə oftalmoloqun müayinəsindən keçməyi tövsiyə edirlər.
Məsələ burasındadır ki, bir çox ağır göz xəstəlikləri gizli, simptomsuz inkişaf edir. Bu xəstəliklər arasında yayılmış qlaukoma, diabetik retinopatiya, makulodistrofiya və s. Nəticədə insanlar xəstəliyin gecikmiş mərhələsində həkimə müraciət edir ki, bu da bəzi hallarda hətta görmənin qismən və ya tam itirməsinə səbəb ola bilər.
2. Bir çox göz xəstəlikləri irsidir. Bu səbəbdən yaxın qohumlar arasında belə problemlər var və ya olubsa, görmənizə qarşı daha diqqətli olun və müntəzəm olaraq həkim müayinəsindən keçin.
3. Gözlər dincəlməlidir. Əgər siz günün bir çox hissəsini komptürdə və ya sənədlərlə işləyirsinizsə, tikişlə məşğul olursunuzsa və s. gözlərə yaxın məsafədə olan iş görürüsünüzsə, nəzərə alın ki, göz belə vəziyyətdə çox ciddi gərginliklərə məruz qalır və bu da görmə problemlərinin riskini artırır. Bu səbəbdən gözlərinizə tez-tez istirahət verin - yerinizdən durun, pəncərədən uzaqda yerləşən obyektlərə baxın, sadə göz gimnastikasını edin və s.
4. Gündən qoruyan eynəklərdən istifadə edin. Güclü ultrabənövşəyi şüalanma göz sağlamlığına ciddi zərbə vurur, bəzi göz xəstəliklərinin riskini artırır.
5. Gözlərə əl vurmazdan əvvəl mütləq əllərinizi sabunla yaxşı yuyun. Kontakt linzalarından istifadə edirsinizsə bu xüsusilə vacibdir. Kontakt linzalarında düzgün olmayan istifadə göz infeksiyalarının əsas səbəblərindən biridir.
6. Düzgün qidalanın. Meyvə-tərəvəz, xüsusilə ispanaq, kələm, kahı, kök göz sağlamlığına çox müsbət təsir edir. Həmçinin araşdırmalar göstərir ki, Omeqa-3 yağlı turşularla zəngin olan balıq növləri (losos, tunes, paltus) görməni qoruyur. Kalsiumla zəngin olan məhsulların (süd məhsulları) kifayət miqdarda istehlakı göz sağlamlığı üçün çox vacibdir.
7. Artıq çəki yığmayın.
Artıq çəki şəkərli diabet kimi xəstəliyin riskini artırır. Şəkərli diabet görmənin əsas düşmənlərindən biridir.
8. Siqaret çəkməyin.
Araşdırmalar göstərir ki, siqaret çəkən insanlarda katarakta, yaşla bağlı olan makulyar degenerasiya, göz sinirinin toksiki zədələnməsi kimi pozulmaların riski siqaret çəkməyən insanlarla müqayisədə xeyli artmış olur.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Sarımsaqlı su
14.02.2018
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait
12.02.2018
Əhalinin pulsuz tibbi müayinəsinə başlanır
10.02.2018
Avtomobil oturacaqlarındakı qızdırıcılar sonsuzluq yaradır
08.02.2018
İnsan stresdən arıqlayır yoxsa...

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8434

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info