Əbülfəs Qarayev: “İkinci Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq”
Tarix: 12.10.2017 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda təşkil olunacaq II Şopinq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, I və II şopinq festivalları arasında həm mövsüm baxımından, həm təbliğat baxımından müəyyən fərqlər olacaq. O deyib ki, II Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq. Ə. Qarayev qeyd edib ki, I Şopinq Festivalla müqayisədə II Şopinq Festivalının iştirakçılarının sayı artıb. Belə ki, 467 müəssisə qeydiyyatdan keçib, iştirakçıların sayı isə 578-dir.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əvvəlki festivalla müqayisədə Əlavə Dəyər Vergisi (ƏDV) köşklərinin də sayı artıb: “Bu dəfə 7 ƏDV köşkü fəaliyyət göstərəcək. Hazırda qeydiyyat prosesi qaydasında gedir. Vergilər Nazirliyi operator olaraq II Şopinq Festivalına tam hazırdır”.
Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), “ASAN Xidmət” və “AzərTürkBank”dır.
II Şopinq Festivalında müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq.
"Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, II Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. ƏDV qaytarılması yalnız “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda "Tax Free" sistemi tətbiq olunmur.
Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.
Qeyd edək ki, I Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018
MEK-də Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
18.07.2018
Azərbaycanda 5000-dən çox mətbuat orqanı qeydiyyatdan keçib
18.07.2018
İbtidai sinif müəllimliyi üzrə imtahanlar davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info