“ABAD”a qoşulduqdan sonra sifarişlərim xeyli çoxalıb”
Tarix: 12.10.2017 | Saat: 13:50:00 | E-mail | Çapa göndər
“ABAD”ın dəstək göstərdiyi şəkili sənətkarlardan biri də gənc rəssam Zaur Əhmədovdur. 2010-cu ildə Azərbaycan Rəssamlıq Akademiyasını bitirən Zaur hazırda Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam vəzifəsində çalışır.
Gənc sənətkar, eyni zamanda, öz biznesini qurmaq məqsədi ilə iki ildir ki, kiçik ölçülü qaya daşları üzərində rəngli boyalarla rəsm əsərləri yaratmaqla məşğuldur. Yaşadığı diyarın gözəl təbiət mənzərələri, Şəki xanlarının sarayı, Kiş alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, həmçinin Azərbaycanın digər məşhur tarixi abidələri, müasir memarlıq nümunələri onun əsərlərinin əsas mövzusunu təşkil edir. Sənətkarın hazırladığı və turistlərin böyük maraq göstərdiyi maqnitli suvenirlər yüksək keyfiyyəti və zərif naxışları ilə diqqət çəkir.
Bu sahədə ilk addımlarını atan Zaur əl işlərinin Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, gəlirlərini artırmaq məqsədi ilə “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib.
Zaur Əhmədov müsahibəsində deyib: “Yeddi aydan çoxdur ki, “ABAD” ailəsinin üzvüyəm. Əvvəllər hazırladığım əl işlərini satış üçün Şəkidəki mağazalara, sənətkarlıq dükanlarına təqdim edirdim. Biznesimi genişləndirməkdə çətinlik çəkirdim. “ABAD”a qoşulduqdan sonra artıq əl işlərim paytaxtımızın sənətkarlıq mərkəzlərində də satılır. Sifarişlərim xeyli çoxalıb. İndiyədək “ABAD”a 150-dək əl işi təqdim etmişəm. Hazırladığım kiçik ölçülü maqnitli suvenirlərin qiyməti 4-5 manatdır. Orta ölçülü əl işlərim isə 15-20 manata satılır. “ABAD”la əməkdaşlığı gələcəkdə daha da genişləndirmək fikrindəyəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq
12.12.2017
Neft bahalaşıb
12.12.2017
FED-in iclası fonunda dollar ucuzlaşır
12.12.2017
Muzdla çalışanların orta aylıq əmək haqqı 6,4% artıb
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info