Səhərlər su içmək xeyirlidir
Tarix: 12.10.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Çox qədim tarixi olan yapon su terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Milli.Az bildirir ki, yapon su terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbzlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərçəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox olduqca ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldur.
Boş mədəyə su içməklə başlayan yapon su terapiyası səhər yuxudan oyanan kimi ilk iş olaraq yerinə yetirilməlidir. Dişlərinizi fırçalamazdan əvvəl 640 ml. (təxminən 4 stəkan) su için. Suyun florid tərkibli olmamasına diqqət yetirin. Dişlərinizi fırçalayıb ağzınızı təmizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamankı kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilıq olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmamalıdır. Uzaq Şərqdə insanlar yemək zamanı heç vaxt soyuq su içmirlər. Bunun yerinə isti çay tövsiyə edilir.
Əgər səhər yuxudan oyanan kimi bu qədər su içməyə əziyyət çəkirsinizsə, iki stəkanla başlayıb, vaxt keçdikcə 4 stəkana qədər artıra bilərsiniz. Böyrəklərimiz saatda 800-1000 ml su süzə bilmək qabiliyyətinə malikdir. Buna görə də bir dəfəyə 4 stəkandan çox su içmək böyrəklərə zərər verə bilər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info