ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başlayıb
Tarix: 12.10.2017 | Saat: 14:53:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi Abidəsini ziyarət edərək “Əbədi məşəl” kompleksi, həmçinin Türk Şəhidliyi Abidəsinin önünə gül dəstələri düzüblər.
Beynəlxalq elmi konfransın plenar iclası ADPU-nun Böyük Akt zalında keçirilib. Öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov plenar iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” fikrinə sadiq qalaraq müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər. Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirlər. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvəffəqiyyətlə davam etdirirlər. Bizim bu gün keçirdiyimiz beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir.
Rektor qeyd edib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir. Konfransın keçirilməsi üçün həmsədrlər müəyyən edilib, tərkibinə azərbaycanlı və türkiyəli alim-mütəxəssislər daxil edilən Təşkilat Komitəsi yaradılıb, konfransın koordinatorları, katibliyi və akademik heyəti müəyyənləşib.
Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak edirlər. Konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar bir hadisədir. Konfrans hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir edəcək. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın çıxış edərək konfransın keçirilməsinə görə ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, konfrans Türk və müsəlman dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının “Dildə, işdə, fikirdə birlik” ideyasının əyani ifadəsidir. Konfrans iki qardaş ölkənin əlaqə və münasibətlərinin inkişafına müsbət təsir edəcək.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov çıxışında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişə yaxşı olub. Türkiyə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini tanıyan birinci ölkə olub. 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanda keçirilən bütün beynəlxalq layihə və tədbirlərdə fəal iştirak edir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkənin güclənməsinə kömək edir.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransın keçirilməsindən məmnunluq duyduğunu ifadə edib və konfransın təşkilatçılarına təşəkkür edib. Səfir vurğulayıb ki, dostluq və qardaşlıq Türkiyə-Azərbaycan münasibətlərin təməl prinsiplərini təşkil edir. İki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. Bu münasibətlərin miqyası gələcəkdə daha da genişlənəcək.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 6 bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur. Konfransda ADPU-nun və ATMU-nun magistrantları və doktorantları da iştirak edirlər. 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq. Konfransın bağlanış iclasında hər iki ölkənin təmsilçilərinin hesabatları dinləniləcək, musiqili hissə təqdim olunacaq, sertifikatlar veriləcək. Konfransdan sonra qonaqların Bakının görməli yerləri ilə tanışlığı da təşkil ediləcək. Konfransda edilən məruzələrin “Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq elmi konfransının materialları “ adı ilə çap olunması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Hüseyn Cavid və müasir gənclik”
23.10.2017
İlin rekordu və ilin ixtisası
23.10.2017
AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb
23.10.2017
Gənclərə ekologiyanın qorunması ilə bağlı təlimlər keçiriləcək
23.10.2017
“TRT HABER” erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info