Almaniyanın ən hündür taxta qülləsi yanıb
Tarix: 12.10.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Frankfurtda Almaniyanın ən hündür tikililərindən biri olan Qoteturm qülləsi yanıb.
AZƏRTAC xəbər verir ki, şəhərin yerli yanğın xidməti nümayəndəsinin məlumatına görə, yıxılmış qülləni xilas etmək mümkün deyil. Alov binanın lap yuxarısına qalxdığı və qüllənin yıxılmaq təhlükəsi yarandığı üçün yanğınsöndürənlərin yalnız alovun qüllə ətrafındakı ərazilərə yayılmasının qarşısını almaq imkanları olub. “Dpa” agentliyi yanğının səbəbinin bəlli olmadığını yazır: “Maddi zərəri hesablamaq mümkün deyil, lakin mənəvi zərər çox böyükdür”.
Frankfurtun Zaksenhauzen rayonunda yerləşən 43 metrlik Qoteturm qülləsi bu yaxınlaradək Almaniyada adamların gedə biləcəyi ən hündür taxta tikili idi. Bu status 1999-cu ildə Maqdeburqda 60 metrlik Minilliyin qülləsinə (Jahrtausendturm) keçib. Bu, dünyada ən hündür taxta tikilidir.
1931-ci ildə tikilmiş Frankfurt qülləsi 2014-cü ildə bərpa edilmişdi.




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Azərbaycan nefti bahalaşıb
19.06.2018
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb
19.06.2018
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib
19.06.2018
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
18.06.2018
Yaponiyada zəlzələ

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info