Dövlət sərhədini pozan 53 nəfər saxlanılıb
Tarix: 12.10.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb. Onların 19-u Azərbaycan, 9-u Özbəkistan, 2-si Rusiya, 16-sı İran, ikisi Tacikistan, 1-i Əfqanıstan, biri Cənubi Afrika Respublikası, biri Suriya, 1-i Misir, 1-i Konqo vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozarkən 998 halda 1118 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 kiloqram 747,1 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlərlə ümumi dəyəri təqribən 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 pnevmatik tapança, 2 siqnal tapançası, 2 mina , 18 min 40 ABŞ dolları, 2 milyon rus rublu, 6 milyon İran tüməni, 6 kiloqram mis, 5092 qutu pirotexniki vasitə, 4877 qutu siqaret, 292 mobil telefon, 2476 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Hüseynə kömək lazımdır!
20.02.2018
Ötən ay Azərbaycanda ticarət əməliyyatlarının həcmi 1,5 milyard dollardan çox olub
20.02.2018
Ankarada Xocalı soyqırımına həsr olunan toplantı keçirilib
20.02.2018
Donald Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yeri tutdu
19.02.2018
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında veriliş

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8443

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info