Gürcüstan Ermənistana qaz nəqlindən imtina edir
Tarix: 12.10.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər
“Lragir” yazır: “Ermənistan rəhbərliyində Gürcüstanın Rusiya qazının Ermənistana nəqlindən imtina etməsi və ya tranzit sxeminin dəyişməsi ilə bağlı əsaslı məlumat var”

Rusiyadan Ermənistana qaz ixracı dayanır: Karapetyanın Tehran səfərində “svop” qaydasında Türkmənistan qazının Ermənistana nəqli ilə bağlı danışıqlar aparılıb

Ermənistan baş naziri Karen Karapetyanın Tehrana ikigünlük səfəri yekunlaşıb. İran neft nazirinin müavini Əmirhüseyn Zamaniniayi bildirib ki, səfər çərçivəsində əsas müzakirə mövzusu İran qazının alınması və Türkmənistan qazının İran ərazisi ilə Ermənistana nəqli olub. Karapetyan səfər çərçivəsində Tehranda bir sıra rəsmi görüşlər keçirib. İrəvan tərəfindən yayılan rəsmi informasiyada ümumi cümlələrdən savayı heç nə yoxdur. Yəni, danışıqların nəticəsi olaraq hansısa razılşmanın əldə edilib-edilmədiyi bəlli deyil. Ermənistan mətbuatında bu səfərlə bağlı müxtəlif yazılara rast gəlmək mümkündür. Həmin yazılarda qeyd edilir ki, Karapetyanın birdən-birə İrana səfər etməsi və orda dövlət başçısı Ruhani, vitse-prezident Cahangiri, spiker Laricani və neft naziri Zancani ilə görüşməsinin arxasında başqa mətləblər dayanır. Səfər zamanı qazın alınması və nəqlindən savayı daha ciddi məsələlərin müzakirə edildiyi iddia edilir. Burada bir haşiyə çıxaraq qeyd edək ki, Türkmənistan dövlət başçısı bir müddət əvvəl İrəvana səfər edərkən bir çox ekspertlər bunu lazımsız səfər kimi dəyrələndirmişdi. Amma Karapetyanın Tehran səfəri Türkmənistan dövlət başçısının İrəvan səfərinin bəzi məqamlarını üzə çıxarır. İranın neft nazirinin müavini Karapetyanla görüşdən sonra bildirib ki, tərəflər “svop” qaydasında Türkmənistan qazının Ermənistana nəqli ilə bağlı danışıqlar aparıblar. Tehran bu layihənin reallaşmasına razı olduğunu bildirib. Burada bir neçə məqama diqqət etmək lazımdır. Türkmənistanın Azərbaycan torpaqlarını işğal edən ölkəyə qaz satmasını qoyaq bir kənara. Axı, işğalçı ölkənin əsas qaz təchizatçısı Rusiyadır. Ermənistanın türkmən qazını alması o anlama gəlir ki, ya Rusiyadan qaz alınması dayanacaq, yad a azalacaq. Nə baş verir- Rusiya Ermənistana qaz ixracını dayandırırmı? Axı, Ermənistan Rusiyadan kifayət qədər qaz alır. Bəzən müqavilədə göstərilən miqdardan da az qaz alınır. Ermənistanın birdən-birə alternativ axtarması müəyyən şübhələr yaradır. Ekspertlər qeyd edir ki, burada ən real əsas Gürcüstanın Rusiya qazını Ermənistana nəqlindən imtina variantı ola bilər. “Lragir” yazır: “Ola bilsin ki, Ermənistan rəhbərliyində Gürcüstanın Rusiya qazının Ermənistana nəqlindən imtina etməsi və ya tranzit sxeminin dəyişməsi ilə bağlı əsaslı məlumat var. Bu ilin yanvarında Gürcüstan “Qazprom”la qaz nəqli ilə bağlı müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən Gürcüstan qaz nəql haqqına görə mavi yanacaq deyil, nağd vəsait alacaq. Müqavilə iki illikdir və gələn ilin sonunda başa çatır. Nazir Kaxa Kaladze bu müqavilənin imzalanmasını tənqid etmişdi və o, artıq nazir deyil. Tbilisidə istisna etmirlər ki, gələn il Gürcüstan Ermənistana qaz nəqlindən imtina edə bilər. Ermənistana Türkmənistandan qaz almağa çalışması da bu məsələ ilə bağlı ola bilər. Amma burada başqa məsələ ortaya çıxır. İrəvan niyə elə qonşu İrandan deyil, Türkmənistandan qaz almağa cəhd edir? Ola bilsin ki, ya İrəvanla Tehran qiymət məsələsində razılığa gələ bilmir, ya Tehran Rusiya infrastrukturuna qaz ötürmək istəmir, ya da Rusiya İranla “svop” məsələsində razılaşmır. Burada iki məsələ açıq qalır- doğrudanmı Gürcüstan Ermənistana qaz nəqlindən imtina edəcək? Ermənistan niyə birbaşa İranla razılaşma əldə edə bilmir?”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ukrayna prokurorluğu Saakaşvilinin ilə bağlı apelyasiya şikayəti verəcək
12.12.2017
Ermənistanın dövlət borcu 6 milyard 404 milyonu ötüb
12.12.2017
Erməni əsgəri öz yoldaşını öldürüb
12.12.2017
Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb
12.12.2017
Moskvada Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım tədbiri keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info