“Razılaşma İranın nüvə silahına yol açmasına mane olmur”
Tarix: 12.10.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər
“Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahına yol açmasına mane olmur”. Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib. “İranlılar çox cəld nüvə silahlarına yol açıblar. Razılaşma İranın nüvə silahına yol açmasına mane olmur və... 1,7 milyard dollar nağd pul”, deyə Tramp vurğulayıb. Adıçəkilən məbləğlə nəyi nəzərdə tutduğunu ABŞ prezidenti izah etməyib. “Bir sözlə bu ən pis sövdələşmədir. Biz ondan heç nə görmədik”, Tramp deyib. Bundan əvvəl NBC telekanalı xəbər verib ki, NBC Tramp İranla nüvə razılaşmasına dair yekun qərarını oktyabrın 13-də açıqlayacaq. İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
12.12.2017
İraq üzərindən uçuşları bərpa edilib
12.12.2017
Təbrizdə ümummilli liderin anım mərasimi keçirilib
12.12.2017
Ərdoğanla Putin bir araya gəlib
11.12.2017
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info