Tibb Universitetində Prezident təqaüdünə layiq görülən tələbələrlə görüş
Tarix: 12.10.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin 2017/2018-ci tədris ilində ölkəmizin ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında imzaladığı sərəncama əsasən təqaüdə layiq görülənlər arasında Tibb Universitetinin 26 tələbəsi də var. Universitetin mətbuat xidmətindən verilən məlumat görə, Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Prezident təqaüdçüləri ilə görüşüb. Rektor tələbələri təbrik edib və onlara uğurlar arzulayıb: “Sizinlə tanış olmaq mənə çox xoşdur. Tibb Universitetinin tələbəsi olmaq böyük uğurdur. İnanıram ki, yüksək biliyinizi universitetdə daha da dərinləşdirəcəksiniz. Siz tələbələri dinləməyə, fikir, təklif və şikayətinizi eşitməyə həmişə hazıram. Fakültə dekanlarının da qapısı həmişə üzünüzə açıqdır. Təhsillə əlaqədar hər hansı məsələ ilə bağlı istədiyiniz vaxt onlar sizə yardım etməyə hazırdırlar”. Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev də təqaüdçüləri təbrik edib. Daha sonra II müalicə-profilaktika fakültəsinin 700 bal toplamış tələbəsi Eldar Əfəndiyev tələbələr adından çıxış edərək təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Hüseyn Cavid və müasir gənclik”
23.10.2017
İlin rekordu və ilin ixtisası
23.10.2017
AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb
23.10.2017
Gənclərə ekologiyanın qorunması ilə bağlı təlimlər keçiriləcək
23.10.2017
“TRT HABER” erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info