Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Tarix: 12.10.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Fərmanı ilə ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb. Ölkənin “Al Youm əs-Sabia” nəşri bildirir ki, fərman oktyabrın 13-dən qüvvədə olacaq. Misirin İsgəndəriyyə və Tanta şəhərlərinin xristian-qibti kilsələrində baş verən iki terror aktından sonra bu ilin aprelin 10-dan 3 aylıq müddətə ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. İyul ayında daha 3 ay uzadılan fövqəladə vəziyyət rejiminin müddəti 2017-ci ilin oktyabrın 10-da bitib. Nəşrin məlumatına görə Fərmanda qeyd olunur ki, bu tədbir təhlükəsizliyin təmin edilməsi və terrorçuluğa qarşı mübarizə məqsədi daşıyır. Xatırladaq ki, İsgəndəriyyə və Tanta şəhərlərindəki xristian-qibti kilsələrində baş verən partlayış nəticəsində 43 nəfər həlak olub, 100-dən artıq insan xəsarət alıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“Cənub Qaz Dəhlizi”nin Asiya qolu: TAPI kəmərinin Əfqanıstan sahəsinin tikintisi başlayır
21.02.2018
Yaponiyada ABŞ-dan F-16 qırıcılarının uçuşlarının dayandırılması tələb olunub
21.02.2018
G-20 sammiti 2019-cu ildə Osakada təşkil olunacaq
20.02.2018
Cənubi Koreya və ABŞ Olimpiada başa çatdıqdan sonra təlimlərə başlayacaq
20.02.2018
Suriyada Türkiyə-Rusiya-İran üçlüyü: Afrin kimin plasdarmı olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8456

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info