“Rüstəm İbrahimbəyovun “milli şura”sında perspektiv görmürəm”
Tarix: 11.05.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Əli Əliyev: "İctimai palata” üstəgəl Eldar Namazov formulu uzaqbaşı suisidə bərabər ola bilər"


“Milli şura”nın Azərbaycan üzrə icraçı direktoru Eldar Namazovdur”. Bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev jurnalistlərə açıqlamasında deyib.
Ə.Əliyev qeyd edib ki, bir neçə gün əvvəl mətbuatda Rüstəm İbrahimbəyovun Azərbaycanda “milli şura” adlı qurumun yaradılması prosesində iştirak edən Eldar Namazova və digər iki partiyanın sədrlərinə ünvanlanmış təkəbbürlü və hədələyici mesajı yetərincə təəccüblə qarşılanıb: "Çünki mənim yaxından tanıdığım həmin iki siyasətçi adətən heç kimə onlarla belə davranmağa imkan vermirdilər. Bu, birinci dəfə idi ki, Rüstəm bəy belə bir imkanı özündə tapdı və onun ultimativ mesajına qarşı tərəflərdən heç bir cavab verilmədi. Hər kəs gördü ki, Rüstəm bəy bəhs etdiyimiz mesajında “milli şura” yaradıcılarından sanki hesab tələb etdi və onların qarşısına prosesi yekunlaşdırmaq üçün göstəriş formasında möhlət də qoydu". O hesab edir ki, bu, onun göstəricisidir ki, Rüstəm bəy “milli şura”nın yaradılması məsələsində hegemon mövqedədir və prosesin ləngiməsindən narahatdır: "Onun narahatlığı bununla bağlı ola bilər ki, ola bilsin, Rüstəm bəyin də hesabat verəcəyi başqa instansiya mövcuddur. Açıq müşahidə olunur ki, bu insanlarda həmin yubanma ilə əlaqədar çox ciddi təşviş var. Yəqin, onların da bu layihənin icrasına dair öncədən hazırlanmış təqvim planı var və qrafikdən kənara çıxılması o çevrənin artıq ictimailəşmiş narahatlığını üzə çıxarıb". Ə. Əliyev hesab edir ki, “milli şura” ölkədə hər hansı ciddi dəyişikliyə təkan verəcək bir layihə olmayacaq. Onun sözlərinə görə, “milli şura”nı başqa cür təqdim etsək, deməliyik ki, o prosesdə tərəflər “ictimai palata” və Eldar Namazovla məhdudlaşır: "İctimai palata” mövcud olduğu üç il ərzində nəyə nail olubsa, “milli şura”nın əldə edəcəyi nəticə də ondan artıq olmayacaq. Çünki “ictimai palata” üstəgəl Eldar Namazov formulu uzaqbaşı suisidə bərabər ola bilər. Qısası, bu gəlişmədə heç bir ciddi perspektiv görmürəm".
Onun fikrincə, “milli şura” ətrafında nə qədər ajiotaj yaratmağa çalışsalar da, onu milli layihə kimi təqdim etsələr də, onu nə qədər cəlbedici mücadilə epitetləri ilə bəzəsələr də, bu, birmənalı olaraq, xaricin layihəsidir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info