Aktyorlara qarşı cəza tədbirləri başlandı
Tarix: 12.10.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb. “AzNews.az” xəbər verir ki, Ayşad Məmmədov və Abbas Qəhrəmanov çalışdıqları Milli Dram teatrından kənarlaşdırılıblar. Onların Prezident mükafatından məhrum edilməsi üçün tədbirlər görülür. Bundan başqa, hər üç aktyorun bundan sonra seriallarda çəkilişinə qadağa qoyulub. Həmçinin, onlardan “Əməkdar artist” fəxri adının alınması məsələsinə də baxılır. Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə bəzi incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir. Müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017
Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin xidmətləri misilsizdir
10.12.2017
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10.12.2017
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
09.12.2017
Prezident IƏT-nın Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısına dəvət edilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info