Azərbaycan və Belarus parlamentləri arasında bəyannamə imzalanıb
Tarix: 12.10.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
Milli Məclisin sədri Oqtay Əsədov, Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub. Qeyd edək ki, oktyabrın 14-18-dək Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası keçiriləcək. Milli Məclisin sədri Oqtay Əsədov başqa olmaqla Azərbaycan parlamentinin nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək. Dünyanın beş qitəsindən 100-ə yaxın ölkənin parlamentlərinin sədrləri və 150-dən çox xarici ölkənin nümayəndə heyətləri Assambleyada iştirak edəcəklərini təsdiqləyiblər. Tədbirin qeydiyyata alınmış iştirakçılarının ümumi sayı 2300-dən çoxdur. Ən iri beynəlxalq KİV-lər PAİ Assambleyasını işıqlandıracaqlar. Assambleyada mühüm hadisələrdən biri “Demokratiya haqqında ümumi bəyannamənin 20 illiyi qarşısında: müxtəlifliyimizin ümumiliyi” adlı qətnamənin qəbul edilməsi olacaq. Tədbirin proqramında Parlamentlərarası İttifaqın: Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu tematik iclaslar və sessiyalar keçirilməsi nəzərdə tutulur. PAİ-nin daimi komitələrinin – Assambleya rəhbər komitəsinin, demokratiya və insan haqları komitəsinin, Birləşmiş Millətlər Təşkilatı İşləri üzrə Komitənin, davamlı inkişaf, maliyyə və ticarət komitəsinin, sülh və beynəlxalq təhlükəsizlik məsələləri komitəsinin iclasları keçiriləcək. Assambleya çərçivəsində Parlamentlərarası İttifaqın altı geosiyasi qrupunun iclasları keçiriləcək. Türkmənistan parlamentarilərinin də PAİ-yə qoşulması gözlənilir. Onlar özlərinin bu niyyətini Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının keçirilməsi ərəfəsində bəyan ediblər. Xüsusi qeyd etmək lazımdır ki, Sankt-Peterburqda Assambleyanın keçiriləcəyi günlərdə PAİ-nin yeni sədri seçiləcək. Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
Merkeli xanım siyasətçi əvəz edəcək
21.02.2018
Rene Van der Linden:” Kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatım var”
21.02.2018
“ATƏT nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var“
21.02.2018
“Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik“
20.02.2018
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapması vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8456

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info